PENTAQON TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAHINDAN ÜZR İSTƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun Romadakı Müdafiə Kollecində amerikalı bir polkovnikin zabitlər üçün keçirdiyi seminarda Türkiyənin 18 vilayətinin Kürdistan sərhədlərində təsvir olunduğu xəritədən istifadə etməsinə etiraz edən türk hərbçilər seminarı tərk etmişlər. Bu barədə Ankaraya xəbər verildikdən sonra, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt amerikalı həmkarı Piter Peysə telefonla zəng edərək, ona etirazını bildirmişdir. Türkiyədən üzr istəyən Pentaqon, bu xəritənin ABŞ-ın siyasətini əks etdirmədiyini vurğulamışdır.
Bu hadisə ilə əlaqədar Türkiyənin Romadakı səfiri Uğur Ziyal da NATO-nun kollecinə məktub göndərərək, kəskin etirazını bildirmişdir.
Xəritədən istifadə edən amerikalı polkovnik isə, ABŞ-da hər cür ssenarilərə uyğun olaraq proqramlar hazırlandığını, ancaq türklərin etirazlarını anlayışla qarşıladığını söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]