“PESTİSİDLƏR, ƏTRAF MÜHİT VƏ ƏHALİNİN SAĞLAMLIĞI” MÖVZUSUNDA DƏYİRMİ MASA
Dəyirmi masa iştirakçıları vurğuladılar ki, Azərbaycan həmin Konvensiyanı ratifikasiya etmiş ölkələrdən biridir, buna görə də indi qüvvədə olan “Pestisidlər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər etmək lazım gələcəkdir, çünki o, Stokholm Konvensiyasının tələblərinə ziddir.
Konvensiyaya görə, bir sıra davamlı çirkləndiricilərdən istifadə tamamilə qadağandır, digərlərindən istifadə isə məhdudlaşdırılır. Qlobal Ekologiya Fondunun dövlətlərin pestisidlərin təhlükəli növlərindən istifadə etmədən kənd təsərrüfatı məhsulları istehsalına keçməsini maliyyələşdirəcəyi, o cümlədən bu məqsədlə Azərbaycana 500 min ABŞ dolları ayrılacağı gözlənilir.
İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin, bələdiyyələrin və ictimai təşkilatların nümayəndələri Stokholm Konvensiyasının tələblərinin Azərbaycanda tezliklə tətbiq olunmasına yönəlmiş təkliflər irəli sürdülər.