Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
Bakı, 6 dekabr, AZƏRTAC
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə Pirallahı Sənaye Parkının rezidentliyi statusu verilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb. Şirkət tərəfindən Sənaye Parkının 7,8 hektar ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 59,3 milyon manat olan müəssisədə 165 nəfər işlə təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]