PİYADA AVTOMOBİLİN QURBANI OLDU
AZƏRTAC xəbər verir ki, Quba-Qusar yolunun 9-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Quba rayonunun Qırmızı Qəsəbə sakini Xanuku Yadadayevə məxsus “BMW” markalı avtomobil Dağlı kənd sakini Ümid Paşayevi vurmuşdur. Nəticədə 16 yaşlı piyada aldığı ağır xəsarətdən hadisə yerində dünyasını dəyişmişdir.
Qeyd edək ki, qəzanı bu nəqliyyat vasitəsinin sahibinin azyaşlı oğlu törətdiyinə görə, onun atası Xanuku Yadadayevə qarşı Quba Rayon Polis İdarəsində cinayət işi açılmışdır.