PİYADA MİKROAVTOBUSUN QURBANI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində, Sumqayıt şəhər sakini Telman Allahverdiyev “Ford” markalı mikroavtobusla Cəbrayıl rayon sakini Lyudmila Mustafayevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Lənkəran rayonunun Velədi kəndi ərazisində isə Astara rayon sakini Şamil Abbasov “VAZ-21074” markalı avtomaşınla kənd sakini Hürnisə Mirəhmədovanı vurmuşdur. Piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.