POLİS ƏMƏKDAŞLARI ÜÇÜN SEMİNAR KEÇİRİLİR
Tədbirdən əvvəl, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Avropa Şurasının Polis və İnsan Hüquqları Proqramı” çərçivəsində keçirilən seminarda Almaniya və İspaniyada təlim məşğələlərində iştirak etmiş nümayəndə heyətimizin üzvləri bu ölkələrdəki polisin iş təcrübəsindən, kütləvi tədbirlər, mitinq və iğtişaşlar zamanı fəaliyyətindən və yerlərdə həmkarlarını əldə olunmuş təcrübə ilə məlumatlandırdıqlarından danışmışlar. Xarici ölkələrdə kütləvi aksiya iştirakçılarının mitinq, yürüş mədəniyyətinin daha yüksək olduğu, onların əbəs yerə iğtişaşlara yol vermədikləri diqqətə çatdırılmışdır.
Tədbirdə xarici mütəxəssislər “Demokratik ölkələrdə hüququn mühafizəsi” mövzusu ilə bağlı İspaniya və Almaniya polisinin struktur quruluşu, iş təcrübəsi, hər il keçirilən təlim məşqləri, sərbəst toplaşma hüququnun qorunmasında polisin rolu və üzləşdiyi praktik problemlər haqqında seminar iştirakçılarına məlumat vermişlər.
60-a yaxın polis əməkdaşının iştirakı ilə keçirilən seminar dekabrın 13-də yekunlaşacaqdır.