Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında çox vacib sazişlərin imzalanmasının şahidi olacağıq

Politoloq: Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında çox vacib sazişlərin imzalanmasının şahidi olacağıq

Bakı, 27 oktyabr, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji əhəmiyyəti ilə seçilir. Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi tarixdə iki ölkə, xalq arasında ən dərin və inkişaf etmiş əlaqələrdir desək, yəqin ki, yanılmarıq. Dünyanın hegemon dövlətlərinin uzun müddət bölgədəki ədalətlilik prinsiplərini heçə saymaları, ikili standartlar yürütmələri və Azərbaycana qarşı aparılmış siyasət Türkiyə ilə ölkəmizin daha dərindən inteqrasiya etməsinə gətirib çıxaran amillərdən ən başlıcası olub. 44 günlük müharibə dövründə Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra uğurlara imza atdı. Sirr deyil ki, Azərbaycan dövləti öz münasibətlərində bütün region ölkələri ilə qonşuluq prinsiplərini daim əsas tutub. Həmçinin hər zaman bütün ölkələrə qarşı münasibətlərində ən ülvi dəyərləri öz siyasətində əsas götürüb. Lakin təəssüf ki, heç də bütün qonşular və bütün dövlətlər Azərbaycana qarşı səmimi olmayıb. Bunun əksinə olaraq, rəsmi Bakı ilə Ankara arasındakı münasibətlərdə daim səmimiyyətin, ədalətin başlıca prinsip olduğuna şahidlik edirik. Türkiyə Prezidentinin Qarabağa səfəri, məhz Türkiyədən havaya qalxan təyyarənin Füzuliyə enişi sözsüz ki, tarixi hadisədir. Bununla Azərbaycan və Türkiyə dünyaya və qonşu ölkələrə, regional dövlətlərə bir mesaj göndərir. Bir çox ölkələr arasındakı münasibətlərdən fərqli olaraq, rəsmi Bakı və Ankara sabitliyin möhkəmləndirilməsinə xidmət göstərdiklərini nümayiş etdirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.

Politoloq deyib: “Biz təbii ki, yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında çox vacib sazişlərin imzalanmasının şahidi olacağıq. Eyni zamanda, sirr deyil ki, ölkələrimiz arasında bir neçə ay bundan əvvəl imzalanan və Qars müqaviləsi kimi tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə dünyaya növbəti dəfə mesaj göndəriblər. Bəyannaməyə əsasən, əgər hansısa qüvvələr ölkəmizi təhdid edərlərsə, o zaman türk ordusunun Azərbaycanın yanında yer alacağını görəcəklər. Həmin tarixi Bəyannamədən sonra artıq növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri çox ciddi strateji əhəmiyyət daşıyır, həmçinin gələcəklə bağlı rəsmi Bakı ilə Ankara arasında çox vacib amillərin, niyyətlərin olduğunun göstəricisidir. Eyni zamanda, Prezident Ərdoğanın səfər çərçivəsində bir sıra layihələrin açılışında iştirak etməsi Türkiyə və Azərbaycanın bölgə iqtisadiyyatının müxtəlif sahələrində, həmçinin investisiya qoyuluşunda bir sıra ciddi strateji əhəmiyyətli layihələrə imza atacağını göstərir. Məhz Bakı və Ankaranın prinsipial mövqeyinin nəticəsində yaxın vaxtlarda Türkiyəni Azərbaycana birləşdirən Zəngəzur dəhlizinin açılışı da gözlənilir”.

Z.Məmmədov bildirib ki, bundan başqa, hər iki ölkə Avrasiyada həm neft-qaz, həm nəqliyyat sektorlarında, həm də təhlükəsizliyin təminatında çox vacib rol oynayır. Eyni zamanda, məhz Azərbaycanla Türkiyənin başçılığı altında demək olar Avrasiyanın orta xəttində Bakı-Tbilisi-Qars sayəsində yeni marşrut işə düşüb. Zəngəzur dəhlizi sayəsində biz bu layihənin ikinci mərhələsini, davamını görəcəyik. Beləliklə, bütün geosiyasi qüvvələr Azərbaycan və Türkiyənin mövqeyi, atdığı addımlar, uğurlu iqtisadiyyat və nəqliyyat layihələri ilə sözsüz ki, hesablaşacaqlar. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan və Türkiyə, ümumilikdə Avrasiyanın orta xəttində hər kəs üçün yeni bir səhifə açdı. Biz həmin yeni səhifədə bütün tərəfləri iştiraka, təxribatlardan əl çəkməyə və gələcəyi bizimlə qurmağa dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər