POLŞA ÖZ ƏRAZİSİNDƏ İRANA XOLOKOSTU TƏDQİQ ETMƏYƏ İMKAN VERMƏYƏCƏK
AZƏRTAC xəbər verir ki, Polşanın “Reç Pospolita” qəzetinin yazdığına görə, İran İkinci dünya müharibəsi illərində nasistlərin törətdikləri hərbi cinayətlərin miqyasını öyrənmək üçün Polşaya tədqiqat qrupu göndərmək niyyətindədir. Polşa XİN başçısı bu xəbərə çox kəskin reaksiya vermişdir. O, ölkənin PAP agentliyinə müsahibəsində demişdir: “Biz Polşa ərazisində bu cür işlər görülməsinə heç bir halda yol verməməliyik”.
Xatırladaq ki, bu yaxınlarda İran Prezidenti Mahmud Əhmədinejad Xolokostu uydurma adlandırmışdır. Bundan azacıq sonra İranın xarici işlər naziri Mənuçehr Mottəki Avropadakı keçmiş nasisit ölüm düşərgələrinə “müstəqil tədqiqatçılar” qrupu göndərmək istədiyini açıqlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]