POLŞADA FƏALİYYƏT GÖSTƏRƏN “QAFQAZ EVİ” RƏSMİ QEYDİYYATDAN KEÇMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Polşadakı “Qafqaz evi” cəmiyyəti öz fəaliyyətini rəsmiləşdirmişdir.
Bu ilin martında Varşava şəhərində təsis edilmiş “Qafqaz evi” rəsmi qeydiyyata alınmışdır. Azərbaycanlı Hicran Əliyeva “Qafqaz evi”nin prezidenti seçilmişdir.
Hicran Əliyeva bildirmişdir ki, “Qafqaz evi”ndə bu ölkədə yaşayan Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələr iştirak edəcəklər. Digər Qafqaz xalqları nümayəndələrinin də qurumda iştirakı nəzərdə tutulur.
“Qafqaz evi” adlı qurum ilk dəfə Birinci Dünya müharibəsi zamanı Polşaya köçən qafqazlı miqrantlar tərəfindən yaradılmışdır.
Maraqlananlar qurumun fəaliyyəti ilə www.domkaukaski.org saytında tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]