Polşada prezident seçkiləri keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
Bu gün Polşada prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, seçkilərdə 11 namizəd, o cümlədən hazırkı Prezident Andjey Duda mübarizə aparır. Ölkədə səsvermə hüququna malik 30 milyon vətəndaş var. Səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Seçki məntəqələri saat 21.00-da bağlanacaq.
COVID-19 pandemiyası ilə əlaqədar səsvermə qarışıq prinsiplə keçirilir. Seçicilər seçki məntəqələrində, karantində olanlar və arzu edənlər isə müvafiq qaydada müraciət etdikdən sonra poçt qutuları vasitəsilə səs verəcəklər. Seçki məntəqələrində seçicilər sosial məsafəni gözləməli, tibbi maska taxmalıdırlar.
Seçkilərin nəticələrinin iyulun 1-dək açıqlanması nəzərdə tutulur. Səsvermədən dərhal sonra isə exit-poll-un nəticələri elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]