Polşalı fermerlər hərbi təlimlərə payız-qış mövsümündə çağırılacaq
Bakı, 12 avqust, AZƏRTAC
Polşalı fermerlər hərbi təlimlərə indiyədək olduğu kimi yaz və yay aylarında deyil, payız-qış mövsümündə cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi Müdafiə Nazirliyinin qərarına münasibət bildirib. Nazirliyin açıqlamasında təlimlərə çağırış vaxtının fermerlərin çoxsaylı müraciətlərinə görə dəyişdirildiyi qeyd olunub.
Hərbi təlimlər zamanı 200 minədək fermerin səfərbər olunacağı təxmin edilir. Onlara gündəlik olaraq 141 zlotıdan (təxminən 35,2 dollar) 331 zlotıyadək (təxminən 82,7 dollar) pul ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]