Portuqaliyada ötən il avtomobil qəzalarında ölənlərin sayı artıb
Lissabon, 5 yanvar, AZƏRTAC
Portuqaliyanın Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsinin verdiyi məlumata görə, 2017-ci ildə bu ölkənin avtomobil yollarında baş verən qəzalar nəticəsində 509 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Portuqaliyada avtomobil qəzalarında ölüm hallarının sayı 2016-cı illə müqayisədə 12,5 faiz və ya 64 fakt çox olub. 2017-ci ildə, ümumiyyətlə, qəzaların və ağır yaralananların sayı artıb. Ölümlə nəticələnən qəzalar əsasən Portu, Lissabon, Braqa kimi böyük şəhərlərdə qeydə alınıb.
Portuqaliyanın daxili işlər naziri bildirib ki, şəhərlərdə piyadaların vurulması ilə nəticələnən qəzaların çoxalması xüsusi olaraq narahat edir. Bunun səbəblərinin öyrənilərək aradan qaldırılması üçün tədbirlər görüləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]