PRAQA ŞƏHƏRİNİN “RUZINE” HAVA LİMANINDA QARŞILANMA
Praqa, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısını Praqa şəhərinin “Ruzıne” hava limanında Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.