Praqada Ulu Öndərin xatirəsi anılıb
Praqa, 13 dekabr, AZƏRTAC
Çexiyanın paytaxtı Praqa şəhərində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xatirə proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Çexiyadakı səfirliyi və “Natəvan” Cəmiyyəti tərəfindən Mədəniyyət Evində təşkil olunan tədbirdə Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev və cəmiyyətin rəhbəri Leyla Begim Ulu Öndərin zəngin irsindən və tarixi xidmətlərindən bəhs ediblər.
Proqram çərçivəsində böyük maraq və diqqətlə izlənilən “Heydər Əliyev və mədəniyyət” adlı televiziya filmi nümayiş etdirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa