Premyer Liqa: Bu gün “Araz-Naxçıvan” “Şamaxı”nı, “Səbail” “Neftçi”ni qəbul edəcək
Bakı, 10 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilk qarşılaşmada “Araz-Naxçıvan” və “Şamaxı” komandaları üz-üzə gələcək. “Liv Bona Dea Arena”da baş tutacaq görüş 18:45-də başlayacaq.
Günün ikinci matçında “Səbail” “Neftçi”ni qəbul edəcək. “ASCO Arena”da reallaşacaq oyun 20:00-da başlayacaq.
Ötən gün turun açılış görüşündə “Qarabağ” “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
II tur
Saat 18:45. “Araz Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Zohrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
VAR köməkçisi: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Mərdəkan, “Liv Bona Dea Arena”.
Saat 21:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
VAR köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
ASCO Arena.
Qeyd edək ki, ikinci turun oyunları avqustun 11-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]