İDMAN
Premyer Liqa: “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb

Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VIII turu “Qarabağ” üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu VIII turda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gələrək, Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsinə imza atıb.
Bölgə təmsilçisi həm də öz meydanında qazanılan belə qələbələrin sayında rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Qeyd edək ki, “köhlən atlar” ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [18:58]
Vüqar Həşimov Memorialının qalibi məlum olub
- 11.12.2023 [18:40]
“Neftçi”nin sabiq legioneri: Azərbaycan mənim ikinci vətənimdir
- 11.12.2023 [18:14]
Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
- 11.12.2023 [17:55]
“Qarabağ” - “Hekken” oyununa satılmış biletlərin sayı açıqlanıb
- 11.12.2023 [17:44]
Azərbaycan millisinin futzalçısı: Hər xal uğrunda gərgin mübarizə gedəcək
- 11.12.2023 [16:35]