Premyer Liqa: “Şamaxı” klubu “Sabah”ı, “Sumqayıt” isə “Kəpəz”i qəbul edəcək
Bakı, 25 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Sabah" arasında olacaq. Hazırda “Şamaxı” 16 xalla turnir cədvəlində sonuncu, paytaxt klubu isə 53 xalla ikinci pillədə qərarlaşıb. Günün son matçında “Sumqayıt” klubu “Kəpəz”i qəbul edəcək. On səkkiz xalı olan “Sumqayıt” yeddinci, rəqibindən bir xal az toplayan Gəncə klubu doqquzuncu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib, “Səbail” isə “Qəbələ” ilə heç-heçə edib - 2:2. Tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]