Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərini təltif edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən iki nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Olimpiya komandasının 16 üzvü “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]