Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev milli maraqlarımızın təmin olunmasına, xalqımız isə Liderinə sadiqdir

Prezident İlham Əliyev milli maraqlarımızın təmin olunmasına, xalqımız isə Liderinə sadiqdir

Bakı, 15 oktyabr, AZƏRTAC

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verdi, prezidentlik kürsüsündə məhz Onu görmək istədi. Bu seçimi etməklə, əslində, xalqımız bir daha ümummilli lider Heydər Əliyev ideallarına sonsuz güvəndiyini nümayiş etdirdi və öz taleyini bu idealların layiqli daşıyıcısına, davamçısına həvalə etdi. Çünki ötən dövr ərzində hər şeyi aydın görən xalqımız əmin idi ki, ölkədəki qalıcı sabitliyin və davamlı inkişaf tendensiyasının qorunmasında ümummilli lider Heydər Əliyev siyasi kursuna alternativ mövcud deyil. Bu günə qədər keçilən tarixi yola nəzər saldıqda əminliklə və qürurla deyə bilirik ki, seçdiyimiz, sonsuz güvəndiyimiz Lider bir an olsun belə bizi yanıltmadı, verdiyi bütün vədlərə sadiq qalaraq xalqının milli maraqlarını hər zaman ən ali mərtəbədə qərarlaşdırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, Azərbaycanı bir dövlət kimi siyasi, iqtisadi, hərbi, sosial kimi əsas istiqamətlər olmaqla güclü edən polad iradəli Lider xalqımızı da ideoloji baxımdan qətiyyətli, şüurlu, tarixini, tarixi həqiqətləri bilən xalq kimi bir yumruq ətrafında birləşdirməyə, daha da əzmkar etməyə nail oldu. Məhz bu amil düşməni lərzəyə gətirdi, sonunda imdad diləyərək kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Heç şübhəsiz ki, böyüklüyündən və potensialından asılı olmayaraq, beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz maraqları, geniş məqsədləri mövcuddur. Təəssüf ki, dünyanın mövcud nizamsız siyasi mənzərəsində dövlətlərin bir çoxu bu məqsədləri yanlış alətlər toplusu ilə həyata keçirir. Uğurlu xarici siyasət öz məqsədlərinə çatmaq üçün iqtisadi, diplomatik və hərbi alətlər balansından istifadə etməlidirsə, indiki siyasət hərbi gücə həddən artıq arxalanır ki, bunun da nəticələri fəlakətli olur. Bahalı hərbi kampaniyalar və məsuliyyətsiz fiskal siyasətlər iqtisadiyyatların da uzunmüddətli gücünü təhdid edir, törədilən insan haqları pozuntuları isə beynəlxalq hüququ ayaqlar altına atır.

Azərbaycan isə bütün bu mənfi tendensiyalardan kənar beynəlxalq hüquqa əsaslanan, toqquşan maraqları balanslaşdıraraq, sadəcə, ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqaz regionunda stabilliyin və təhlükəsizliyinin qorunub saxlanılmasına xidmət edən fəal xarici siyasət kursu həyata keçirir, zəruri hallarda hərbi güc tətbiq edir ki, təcavüzün qarşısını alsın, sülhə məcbur etsin. Dünyanın real siyasi mənzərəsi onu da sübut edir ki, dövlətin siyasi, iqtisadi, hərbi baxımından güclü olması, gücləndirilməsi kifayət deyil, dövləti idarə edə bilmək qabiliyyəti, kəsişən maraqlar arasında balans yaratmaq məharəti lazımdır ki, bu da hər liderdə rast gəlinmir. Yəni, liderlər faktiki olaraq bütün mütəşəkkil siyasi həyatın bir hissəsi kimi qəbul olunurlar. Yenə eyni əminlik və qürurla deyə bilirik ki, Azərbaycan Lideri İlham Əliyevin dərin biliyi, incə diplomatiyası, şəxsi nüfuzu sayəsində istənilən mürəkkəb sınaqdan uğurla çıxırıq. Bütün platformalarda Azərbaycanın milli maraqlarının təmin edilməsi və bu maraqlara müvafiq olaraq müsbət nəticələrin əldə olunması Prezident İlham Əliyevin mövcud fəal xarici siyasət kursunun təməlində dayanır. Cənubi Qafqaza sülh gətirilməsi kimi böyük bir missiyanı, layiqli məqsədi üzərinə götürən Azərbaycan bu istiqamətdə çıxdığı yola sadiqdir. Bu amalın düyün nöqtəsi Ermənistan-Azərbaycanın arasındakı mövcud durumdur ki, dövlətimiz də bu məsələni hərbi-siyasi mərhələdən çıxardıb, siyasi mərhələyə irəlilətmək istiqamətində uğurlu keçidlər edir. Bu keçid prosesində son nəticəyə mane olmaq istəyən, uzun müddətdir ki, Cənubi Qafqazı yeni bir döyüş meydanına çevirməyi hədəfləyən qüvvələr mövcuddur ki, Ermənistan əgər bu mənfur əməllərə şərait yaratmaqla bütün Cənubi Qafqazda sabitliyi pozmaq planlarının tərkib hissəsi olmağa çalışırsa, Azərbaycan isə həmin koalisiyanın qarşısında sipər kimi dayanır. Üstəlik, sülh prosesinə mane olan dövlətlər içində sadəcə regiondan kənar deyil, eyni zamanda, regional aktor da mövcuddur.

“Azərbaycan Lideri asan olmayan bir yola çıxıb, yeganə hədəfi isə üzərinə götürdüyü tarixi missiyanı layiqincə yerinə yetirməkdir. Bu baxımdan daxili və xarici siyasətimizin öz, konkret istiqamətləri mövcuddur. Bu yolda yanımızda olan, bizi dəstəkləyən aktorlarla münasibətlərimizin dərinləşdirilməsi, bizim qarşımızda olan aktorların isə ən pis halda neytrallaşdırılması işini mahir diplomat İlham Əliyev böyük ustalıqla və məharətlə icra edir. Azərbaycan dövlətinin öz resursları hesabına qurduğu Qarabağın bərpa edilməsi, insanların öz yurd-yuvalarına qaytarılması isə sadəcə Prezident İlham Əliyevin vəzifə öhdəliyindən irəli gəlmir, bu həm də onun xalqına verdiyi dəyərdən, torpaq, Vətən, yurd, böyük Azərbaycan sevgisindən xəbər verir”, - deyə politoloq əlavə edib.

Prezident İlham Əliyevin müsbət nəticəyə hədəflənən xarici siyasət kursu həm Qərb, həm də Şərqi Asiya istiqamətində ölkəmizi böyük əhəmiyyətə malik olan əsaslı siyasi dividendlərlə təmin edir. Prezident İlham Əliyev türk dünyasında da birliyin, həmrəyliyin gücləndirilməsi məsələsində təşəbbüskar, aparıcı lider kimi çıxış edir. Azərbaycan Lideri türk dünyası arasında zəiflədilən və zəifləyən həlqələri bərkidir, nizamsız münasibətləri isə sistemləşdirərək nizama, çərçivəyə salır. Bu baxımdan da Mərkəzi Asiya dövlətləri ilə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli kontekstdə əməkdaşlığın dərinləşdirilməsi məhz bu ali amallara xidmət edir.

Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallığa dair mövqeyində qətiyyətli olduğu aydın göründüyü üçün, regional və qlobal aktorların önündə bu reallıqla barışmaqdan və hesablaşmaqdan başqa variantın buraxılmadığı üçün dövlətlərin özü Bakı ilə əməkdaşlıqda təşəbbüs göstərir, maraqlı tərəf kimi çıxış edirlər.

Azərbaycan Liderinin mövqeyinin qəti, baxışının isə kifayət qədər aydın olduğunu vurğulayan politoloq qeyd edib ki, regionda sülhə alternativ mövcud deyil. Ermənistan artıq digər dairələrin maraqlarının təmin edilməsi missiyasını yerinə yetirmək meyilindən və dəst-xəttindən deyil, siyasi iradə ortaya qoyaraq, ilk növbədə, özünü, cəmiyyətini düşünüb sonra qərar vermək prizmasından çıxış etməli və sağlam qərarlar almalıdır. Ermənistan əmin olmalıdır ki, destruktiv mövqedən çıxış etsə uçqunların altında qalan ilk dövlət elə özü olacaq.

Azərbaycan isə 2003-cü ilin oktyabrın 15-dən etibarən öz reallığını yaratmaqda, yeni zirvələr fəth etməkdə davam edir. Mövcud reallığın, bütün bu uğurların müəllifi əsəri bugünkü Azərbaycan olan ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər