Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 3,3 milyon manat ayırıb
Bakı, 8 iyun, AZƏRTAC
Prezident İlham Əliyev iyunun 8-də “Qazax rayonunun Qazax-Uzuntala (9 km)-Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qazax-Uzuntala (9 km)-Cəfərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.