Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA BİRLİYİ ŞURASININ BAŞ KATİBİ XAVYER SOLANA İLƏ GÖRÜŞÜ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Brüsseldə Avropa Birliyinin iqamətgahına gəldi. Binada Azərbaycan Respublikasının dövlət bayrağı asılmışdı.

AB Şurasının baş katibi, AB-nin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.

Sonra Avropa Birliyinin iqamətgahında “Avropa Birliyinə yeni 10 ölkənin qoşulmasını nəzərdə tutan Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinə protokol”un imzalanma mərasimi oldu. Sənədi AB tərəfindən İrlandiyanın AB yanında daimi nümayəndəsi xanım Ann Anderson və Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktorunun müavini Maykl Li, Azərbaycan tərəfindən ölkəmizin AB yanında daimi nümayəndəliyinin başçısı səfir Arif Məmmədov imzaladılar.

Sənədin imzalanmasından sonra Avropa Birliyinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev ilə AB Şurasının baş katibi Xavyer Solana arasında görüş oldu.

Prezident İlham Əliyev ölkəmizdə gedən proseslərdən, əldə edilmiş nailiyyətlərdən danışdı, Azərbaycanda sabitliyin tam bərqərar olduğunu, sosial-iqtisadi inkişafın sürətləndiyini bildirdi. Dövlət başçısı seçildiyi vaxtdan ötən yeddi ay ərzində üçüncü əfv fərmanı imzaladığını xatırladan Prezident İlham Əliyev cəmiyyətdə dialoqun tərəfdarı olduğunu vurğuladı.

Azərbaycanda gedən proseslərdən məmnunluğunu söyləyən cənab Solana Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə də maraqlandı. Prezident İlham Əliyev bu barədə ətraflı məlumat verərək bildirdi ki, hazırda inşaat işləri uğurla davam edir. Dövlətimizin başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə ətraflı fikir mübadiləsi aparıldı.

Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.

Cənab Xavyer Solana və Prezident İlham Əliyev qısa bəyanatlarla çıxış etdilər.

XAVYER SOLANA: Hər vaxtınız xeyir. İcazə verin, gorüşümüz haqqında qısaca deyim. Mənim üçün doğrudan da, burada, Brüsseldə ilk dəfə olaraq, Prezident İlham Əliyevi qəbul etmək, həqiqətən, çox xoş oldu. Onunla bir müddət əvvəl, o, hələ digər məsul vəzifəni icra edərkən görüşmək imkanım olmuşdur. Mən siyasi həyatım boyu bir neçə dəfə Azərbaycana səfər etmişəm. Ölkəni, Bakını görə bilmişəm və o gözəl şəhərə, o füsunkar ölkəyə səfərlərimi ürəyimə çox yaxın ülvi xatirələrdə saxlayıram. Bu gün Prezidentlə Avropa Birliyi və Azərbaycan arasındakı münasibətləri təhlil etdik. Eyni zamanda, son müddət ərzində baş verən inkişafa daha çox təsir etmək, münasibətləri daha da irəli aparmaq yollarını nəzərdən keçirdik. Ölkədəki müsbət iqtisadi proseslər bizi valeh edir, mən energetika layihələrini nəzərdə tuturam. Möhkəm ikitərəfli münasibətləri davam etdirmək təkcə siyasi baxımdan deyil, iqtisadi baxımdan da bizim üçün həmişə maraqlı olacaqdır. Beləliklə, mən istərdim ki, Prezidentə bu səfərə görə minnətdarlığımı bildirim və Sizə, cənab Prezident, həm siyasi, həm şəxsi həyatınızda ən xoş arzularımı yetirirəm. Ölkənizə xoşbəxtlik arzulayıram.

İLHAM ƏLİYEV: Çox sağ olun, cənab baş katib. Bəli, biz Bakıda bir neçə dəfə görüşmüşük. Cənab baş katib ölkəmizi bir neçə dəfə ziyarət edib və məmnunuq ki, Azərbaycanda gedən proseslər barədə xoş təəssüratı var. Bu gün burada, Avropa Birliyində Prezident kimi baş katiblə görüşməyim mənim üçün böyük şərəfdir.

Bugünkü günüm çox səmərəli oldu. Səhər lap tezdən keçirdiyim bütün görüşlər, cənab baş katiblə bu görüş də daxil olmaqla, bir daha göstərdi ki, bizim Avropa strukturlarına inteqrasiya siyasətimiz uğurla davam edir. Bu, bizim strateji seçimimizdir. Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz əlimizdən gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verək.

Bizim müxtəlif sahələrdə - həm nəqliyyatda, həm energetika sahəsində, ümumiyyətlə, iqtisadiyyatda əməkdaşlığımız olduqca uğurludur və biz bu münasibətləri qətiyyətlə davam etdirmək əzmindəyik. Biz Avropa Birliyinin ölkəmizə, ümumiyyətlə, bütün Cənubi Qafqaza yetirdiyi diqqətə çox hörmətlə yanaşırıq. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması və Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı göstərir ki, bizim bölgə yaddan çıxmayıbdır, maraq dairəsindədir. Bölgəmizdəki ölkələrlə Avropa Birliyinin münasibətləri olduqca böyük əhəmiyyət kəsb edir. Mən Azərbaycanın adından çıxış edirəm və şübhə olmasın ki, bizim ölkəmiz bu istiqamətdə siyasətini davam etdirəcəkdir. Daha möhkəm münasibətlərə, daha yüksək səviyyəli əməkdaşlığa və daha sıx inteqrasiyaya çalışacaqdır.

Mən qonaqpərvərliyə görə cənab Solanoya şəxsən minnətdarlığımı bildirmək istəyirəm. Çox gözəl söhbətimiz oldu. Bir çox məsələləri əhatə etdik. Əminəm ki, gələcək görüşlərimiz, Bakıda keçirəcəyimiz görüşlər də bu görüş kimi səmərəli olacaqdır. Sağ olun.

SUAL: Dağlıq Qarabağ mövzusunu müzakirə etdinizmi? Belə görünür ki, ATƏT məsələnin həlli ilə bağlı uğur əldə edə bilmir. Avropa Birliyi ATƏT-dən fərqli addım ata bilərmi?

İkinci sual. Azərbaycanın uğrunda çalışdığı yeni qonşuluq proqramının Dağlıq Qarabağ məsələsinə təsiri necə ola bilər?

XAVYER SOLANA: Əlbəttə, biz Dağlıq Qarabağ mövzusunu müzakirə etdik. Bu, bizi uzun müddətdir narahat edən mövzudur. Doğrudur ki, bu məsələdə tərəqqinin əldə olunması nəzərə çarpmır. Biz istərdik ki, danışıqların irəliyə getməsini görək. Ümid edirik ki, son vaxtlar keçirilən görüşlər, təkcə prezidentlərin görüşləri yox, xarici işlər nazirlərinin də ünsiyyətləri prosesə töhfə verəcək, bu prosesi yerindən tərpətməyə başlayacaqdır. Prezidentə bunu söz vermişəm, əlimizdən nə gəlirsə, çalışacağıq edək.

Doğrudur ki, ölkələrə təklif etdiyimiz yeni qonşuluq layihəsi Avropa Birliyinin prosesə qatıla bilməsinə yardım edəcəkdir. Amma o da doğrudur ki, proseslə ATƏT-in Minsk qrupu məşğul olur. Biz kömək edə, biz əməkdaşlıq edə bilərik. Amma bu işlə birbaşa Minsk qrupu məşğuldur.

SUAL: Cənab Prezident və cənab Solana, Avropa Birliyi ilə Azərbaycan arasındakı siyasi və iqtisadi münasibətləri qənaətbəxş hesab edirsinizmi?

İkinci sualım. Cənab Solana, üç Qafqaz ölkəsindən hansı Sizə daha yaxındır?

XAVYER SOLANA: Siz istəyirsiniz ki, mən üçündən birini seçim. Bilirsiniz ki, mən çox qəliz siyasətçiyəm, bunu etməyəcəyəm.

İcazə verin, deyim ki, Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Yaxın gələcəkdə Azərbaycanın iqtisadi perspektivi çox-çox ümidvericidir, çox parlaqdır, olduqca gözəldir. Ona görə də əlaqələr artacaqdır. Buna şübhə ola bilməz. Ölkənin irəliləyişi, enerji ehtiyatlarının nəzərə alınması ilə nəqliyyat sistemlərinin inkişafı, infrastrukturun şaxələnməsi, Türkiyə, Yunanıstan vasitəsilə Avropa ölkələrinə daşımaların həcminin artması ümidvericidir. Ona görə də münasibətlərdə inkişaf olacaqdır. Bu gün yaxşıdır. Amma daha vacibi sabah bundan da yaxşı olmasıdır.

Əvvəl dediyim kimi, ikinci sualınıza cavab verməyəcəyəm.

İLHAM ƏLİYEV: Mən istərdim əlavə edim ki, Avropa Birliyi ilə münasibətlərimiz, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir. Təkcə 2003-cü ildə ticarət əlaqələrimiz 40 faiz artmışdır. Bu, yaxşı dinamikanın göstəricisidir. Azərbaycan iqtisadiyyatı artan ölkədir. İqtisadi potensialımız artır. Əlbəttə, bunun nəzərə alınması ilə gələcəkdə daha geniş, daha fəal iqtisadi əməkdaşlıqdan danışmaq olar.

Mən həm də istərdim ki, birinci sualla – Dağlıq Qarabağla bağlı şərhimi verim. Biz hesab edirik ki, Avropa Birliyi bu yöndə çox vacib rol oynayır. Əlbəttə ki, məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun mandatı var. Biz bu mandatı əvəz etmək fikrində deyilik. Amma eyni zamanda, Azərbaycan qəti inanır ki, daha geniş beynəlxalq diqqət, Avropa strukturlarının diqqəti və Avropa ictimaiyyətinin rəyi münaqişənin sülh yolu ilə və tezliklə həll olunması istiqamətində kömək etmiş olar.

Fürsətdən istifadə edərək, bu problemlə bağlı fəal iştirakına görə Avropa Birliyinin rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər