Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin diplomatik zəkası Avropa və Asiyanı kontinental qütblərdən strateji tandemə çevirir

Prezident İlham Əliyevin diplomatik zəkası Avropa və Asiyanı kontinental qütblərdən strateji tandemə çevirir

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın zəfər diplomatiyası dünyaya-mövcud dərin böhrandan regional və qlobal inkişaf trayektoriyasına çıxaracaq yolları göstərir. Cari ilin fevralından konturları sürətlə formalaşan yeni dünya reallıqda Şimal və Cənubdan, Şərq və Qərbdən, Avropa və Asiyadan müşahidə edilən geosiyasi proseslər beynəlxalq münasibətlər sistemində gərgin tendensiyaları, çarpaz effektli mənfi nəticələrini daha da artırmaqdadır. Bir çox regional və qlobal aktorların tam müstəqil olmayan xarici siyasəti, öz geosiyasi ambisiyalarını rəhbər tutan qarşıdurma təfəkkürü və s. nüvə təhdidləri mövzusunun gündəmə gəldiyi vəziyyətdə yalnız bir ölkənin-Azərbaycanın siyasi Lideri sabitləşdirici missiyası ilə xilas yolunu göstərir. Hazırkı böhrandan, həm də qlobal inkişafın trayektoriyasını dəyişmək fürsəti kimi dərk etməyin örnəyini beynəlxalq gündəmə təqdim edir. Bunun səbəbləri isə təəccüblü olduğu qədər də, təbiidir. Azərbaycan Prezidentinin xarici siyasətinin təməlini, birmənalı olaraq, həmişə zamanın çağırışlarına, müasir dünyanın imperativlərinə qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda verilən çevik cavablar, milli və beynəlxalq maraqların təmin edilməsində siyasi dəyər və əxlaq, tarazlıq prinsiplərinə əsaslanmaq kimi unikal fərqə malik olması təşkil edir. Məhz bu unikallıq Azərbaycan Prezidentini beynəlxalq münasibətlərin tam otuz il mövcud olduğu mərhələsinin iflasa uğradığı, eyni zamanda, formalaşmaqda olan yeni dünya düzəninin, növbəti fazasının təşəbbüskarı, arxitektoru statusuna yüksəldib.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri, professor Tahirə Allahyarovanın “Prezident İlham Əliyevin diplomatik zəkası Avropa və Asiyanı kontinental qütblərdən, geosiyasi, logistik və sivilizasion kommunikasiya mərkəzli strateji tandemə çevirir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Prezidentin son dövlət səfərləri beynəlxalq münasibətlərdə otuz ilə bərabər intensiv diplomatik dinamikaya təkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, qısa zaman fasilələri ilə: Orta Asiya respublikalarına - Qazaxıstana və Qırğızıstana, eləcə də, Bolqarıstana rəsmi dövlət səfərləri, son Praqa görüşləri, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı, həmçinin müxtəlif ölkə başçılarının cavab səfərləri, Avropa Birliyinin yüksək rəhbərləri ilə ardıcıl təmasları yerli və xarici medianın gündəmində özəl xəbərlər sırasındadır. Dövlətimizin başçısının səfərlərinin qlobal diplomatik gündəmi təşkil etməsinin səbəbləri çoxdur.

İlk sırada qeyd edə bilərik ki, bu səfərlər müstəqillik tariximizdə dövlətlərarası diplomatik münasibətlərin sona çatan 30 illik mühüm bir mərhələsinə yekun vurmaq, qarşıdakı yeni fazanın başlanğıcını, əsas hədəflərinin müəyyən edilməsi baxımından hələ uzun müddət dərin, hərtərəfli təhlillərin mövzusu olacaq. Digər tərəfdən, beynəlxalq vəziyyətin getdikcə təlatümlü, “turbulent fazaya” daxil olması dövlətlərdən strateji sabitliyin təmin edilməsi və yeni, ədalətli dünya nizamının yaradılması üçün daha da intensiv aktiv fəallıq tələb edir. Burada isə başlıca şərt siyasi liderlərin mövcud mürəkkəb çağırışları önləyə biləcək siyasi təfəkkür və fəhmə malik olmasıdır. Diplomatik prosesləri müşahidə edən təhlilçilər Azərbaycan Prezidentinin strateji təşəbbüskar kimi çıxış etməsini yekdilliklə vurğulayırlar. Bugünkü “postqloballaşma”, “postqərbləşmə”, “postbeynəlxalq sistem” və s. terminlərlə ifadə edilən “dünya nizamsızlığı” siyasi liderlərdən dövlətçiliyi mürəkkəb proseslərdən, “siyasi xaos” zonasından məharətlə qorumağı, güclü sabitləşdirici qüvvəyə çevrilməyi diktə edir.

Qeyd edildiyi kimi, Prezidentin son diplomatik fəaliyyəti, Avropa və Asiya kimi kontinental coğrafiyanı bütünlükdə əhatə etməkdədir. Brüssel, Sofiya, Praqa, Moskva, Bişkek, Astana və s. paytaxtlarda müzakirə edilən məsələlərin son dərəcə zəngin gündəmi miqyas və əhatəliliyi, ən vacibi taleyüklü məzmunu baxımından geniş tədqiqatların mövzusudur. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi ilə başlayan diplomatik təqvim bir an belə səngimədən bu gün də davam edir. Səfərlərin tarixi əhəmiyyəti-sarsılmaqda olan mövcud beynəlxalq münasibətlər fonunda, Azərbaycan Prezidentinin qarşılıqlı faydalı, regional və milli təhlükəsizliyi təmin etməyə yönəlmiş təşəbbüsləri ilə qat-qat artmaqdadır. Bu reallıq “Hər bir böhranı imkana çevirmək dahi liderlərə xas keyfiyyətdir” kimi məlum olan aksiomu bir daha təsdiq edir.

Orta Asiya özünəməxsus milli maraqlara və dəyərlərə malik nadir geosiyasi məkandır. Orta Asiya ölkələrinin demək olar ki, hamısı tarix, etnik-mədəni və dini baxımdan türkdilli dövlətlərlə bağlıdır. XX əsrin sonu - XXI əsrin ilk onilliklərində - beynəlxalq münasibətlər sisteminin uzun sürən transformasiyası dövründə Orta Asiya regionu Şərqlə Qərbi birləşdirən qədim və cari yüzillikdə yenidən dirçəldilən İpək yolunun kəsişməsində strateji geosiyasi statusuna görə burada məxsusi yer tutur. Bölgə bir tərəfdən, ən zəngin neft və qaz, təbii və humanitar ehtiyatları, digər tərəfdən isə, Cənubi Asiya və Yaxın Şərqdəki qonşu ölkələrin inkişaf problemlərinin kövrəkliyi ilə tanınır. Təsadüfi deyil ki, region dünyada mövcud olan geosiyasi və geoiqtisadi rəqabətdə belə mühüm rol oynayan “Tarixin coğrafi oxu” - “Heartland” adlanan məkanı, tədqiqatçıların “Avrasiya Balkanları” hesab etdiyi strateji qovşaqdır.

Orta Asiya regionunun inkişafının mürəkkəb problemlərindən biri də burada bir çox ziddiyyətli geosiyasi istək və maraqların toqquşmasıdır. Hazırkı mürəkkəb proseslərin mərkəzində regional enerji resursları və Orta Asiyada nəqliyyat dəhlizləri uğrunda geosiyasi və geoiqtisadi mübarizə yeni fazaya keçib. Orta Asiya dövlətləri öz üzərində, nəinki dünya birliyinə inteqrasiyanın, həm də regiona öz inkişaf modelini təqdim edən sürən beynəlxalq münasibətlərin müxtəlif subyektlərinin çoxşaxəli təsirini kəskin hiss edir. Müharibənin Avropa qitəsinə yerləşməsinə rəğmən - Orta Asiya öz kövrəkliyinə və ətrafında geosiyasi rəqabətin güclənməsinə görə bu gün çox diqqəti cəlb edən regiondur.

Bölgənin strateji əhəmiyyətini dərk etmək üçün, burada öz maraqlarını həyata keçirən əsas geosiyasi aktorlara sadəcə nəzər salmaq kifayətdir: Qlobal səviyyədə - ABŞ, Avropa İttifaqı; Regional və regionlararası səviyyədə - Türkiyə, Rusiya, Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və son illərdə Hindistan. Belə bir qlobal güclər rəqabətində Zəfər tarixini yazan Azərbaycan Prezidenti ilk dəfə Qırğızıstana dövlət səfərinə gəlir. Bölgədə geoiqtisadi vurğuları həm Azərbaycanın və Qırğızıstanın milli maraqları, həm də regionun enerji təhlükəsizliyi üzərinə keçirməyə qadir olub. Dövlətimizin başçısının səfərləri bütövlükdə dünyada yaranan yeni reallıq, beynəlxalq münasibətlərdə mövcud olan ənənəvi sistemin dərin tənəzzülə uğradığı, iqtisadi böhran, yanacaq-energetika kompleksi və enerji resurslarının qeyri-sabit qiymət dinamikası ilə bağlı kəskin dalğalanmalar, qlobal tələb və təklif arasında kəskin disbalans yaşandığı indiki zaman fonunda xüsusilə regional və qlobal əhəmiyyətə malikdir. Cari ilin fevralından sonra birmənalı olaraq dərk edilib ki, regionda ənənəvi əlaqələr və logistika pozulub, böhranı daha da kəskinləşdirməmək üçün yeni əməkdaşlıq münasibətlərinin qurulmasına ehtiyac var. Yaranmış vəziyyətdə dünya ölkələri alternativ yollar, logistik və enerji marşrutlarının axtarışındadır. Bununla yanaşı, sirr deyil ki, beynəlxalq münasibətlərin bəzi subyektlərinin yaranmış şəraitdə yalnız öz geosiyasi ambisiyalarını rəhbər tutan, enerji resurslarının nəqlinə, ayrı-ayrı bazar iştirakçılarına qarşı açıq şəkildə təxribat xarakterli hərəkətləri aşkar ayrı-seçkiliyə hədəflənib. Bu uzunmüddətli hədəflər son anda rəqiblərin infrastrukturunu məhv etməyi belə gündəmə gətirib.

Müasir dünyanın transformasiyasının mürəkkəb reallığı enerji və logistik məkanda rəqabəti əlavə katalizatora çevirib. Bu da nəinki geosiyasi fikir ayrılıqlarının yumşaldılmasına gətirib çıxarmadı, əksinə, əsas “aktyorların” dərin milli maraqlarını dəyişdirmədən ideoloji və informasiya qarşıdurmasını kəskinləşdirib. Orta Asiyanın qlobal əhəmiyyəti çox vaxt ədalətsiz olaraq nəzərə alınmayıb. Dinamik inkişaf edən region strateji Avrasiya marşrutlarının kəsişməsində yerləşir və böyük iqtisadi potensiala malikdir. Onun ən qiymətli mineral ehtiyatları və əlverişli geostrateji mövqeyi dünya bazarına çıxmaq üçün hər cür əsas yaradır. Orta Asiyanın davamlı dinc inkişafı beynəlxalq tranzit marşrutlarının və qlobal enerji və siyasi təhlükəsizlik sisteminin inkişafına yol açır. Məşhur inancın əksinə olaraq, Mərkəzi Asiyanın qlobal siyasi və iqtisadi məkana inteqrasiyası ilə bağlı problemlər təkcə daxili proseslərlə bağlı deyil. Region ziddiyyətli xarici geosiyasi təsirlərin mürəkkəb şəbəkəsi ilə əhatə olunub.

Ümumiyyətlə, Mərkəzi Asiya ətrafında vəziyyət belə ziddiyyətli tendensiyalarla xarakterizə olunur: Müsəlman dövlətlərinin coğrafi və dini-mədəni yaxınlığı, fundamentalizmin riskləri və çətinlikləri və terrorizm çox vaxt onların ərazisi ilə bağlıdır; Rusiyanın coğrafi və tarixi-mədəni yaxınlığı; Çin, bu ölkələrdən biri tərəfindən ələ keçirilmə riski; Mərkəzi Asiyanın yaxın regional tərəfdaşları ilə bəzən maraqların uyğun gəlmədiyi ABŞ və Avropa İttifaqının hərbi-texniki və maliyyə resursları, onların qlobal maraqları.

Prezidentin Qazaxıstana, Özbəkistana, Qırğızıstana səfərləri və çoxşaxəli görüşlərində prezidentlərin mətbuat üçün bəyanatlar, ölkələr arasında imzalanan, qarşılıqlı münasibətlərin bütün spektrini əhatə edən çoxformatlı rəsmi sənədlərin əhatə və sanbalı da təbii ki, diqqəti cəlb edən xüsusi səbəblərdəndir. Bununla yanaşı, dövlətimizin başçısı istər Orta Asiya ölkələrinə, istərsə Avropa ölkələrinə son dövrdə həyata keçirdiyi rəsmi səfərləri tarixi hadisəyə çevirən dolduqca geniş amillər mövcuddur. Daha dəqiq deyilsə, reallıq bundan ibarətdir ki, dövlətimizin başçısı son dövrdə çox qısa zaman kəsiyində kontinental qütblər sayılacaq Avropa və Asiya qitələrində, regional və qlobal təhlükəsizliyin prioritet məsələləri ilə bağlı keçirdiyi intensiv görüş və səfərləri ilə yeni dünya düzəninin tarixi yazılmaqdadır.

Səfərlərin ilkin yekunlarının təhlili göstərir ki, Orta Asiyanın türkdilli dövlətlərinin geosiyasi seçimi-Zəfər yazan Azərbaycandır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın qəbul etdiyi qarşılıqlı diplomatik qərarlar, daha sıx və dərin əlaqələrin qurulması yönündə siyasi əzmkarlığı, dünyada yaşanan problemlərə, qlobal arenada ortaq mövqeləri göstərdi ki, türkdilli xalqların münasibətləri təkcə müttəfiqlik xarakteri daşımır. Onlar beynəlxalq siyasətdə və dünya iqtisadiyyatında məsələlərə bənzər baxışlardan, ən vacibi, atılacaq addımlarla bağlı geosiyasi, iqtisadi, mədəni və mənəvi həmrəylikdən qaynaqlanır. Reallıqda artıq bu gün Azərbaycan və Türkiyənin sarsılmaz nüvə təşkil etməklə, Türkdilli Dövlətlər Təşkilatının formalaşan yeni beynəlxalq nizamın əsasını qoymaqda strateji təşəbbüsü ələ almaqdadır. Bu yeni nizamda əvvəl olduğu kimi, artıq bir qrup ölkələrin digərləri üzərində hegemonluğu olmadan qarşılıqlı faydalı anlaşmaya əsaslanacaq. Prezident İlham Əliyevin, Avropa və Asiyanı savaşan qütblər deyil, kontinental barışın məkanına çevirəcək, türkdilli dövlətlərin nüvəsini təşkil edəcək təşəbbüsləri məhz yeni dünya düzəninin formalaşmasında əsas oyunçu - “game changer” statusunu qazanması böyük tarixi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı türk birliyinin sarsılmaz gücə çevrilməsi yönündə misilsiz xidmətlərinə görə, İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi bu əzmkarlığın daha bir sübutudur. 300 milyon əhali, 4,5milyon kvadrat kilometrlik coğrafiya, 2 trilyon dollarlıq iqtisadi potensiala malik Türk Dünyasının Ali Ordeni hələlik yalnız Prezident İlham Əliyevə təqdim edilib.

Məhz bu fəaliyyət Türk Dövlətlər Təşkilatını bir-birinə bağlayan geoiqtisadi, logistik, enerji, kommunikasiya və s. bağlar beynəlxalq münasibətlər sisteminin laxlayan durumunu xilas etməyə, daha təkmil, sağlam münasibətlər üzərində bərqərar olacağına əminlik yaradır. Türk birliyinin strateji tərəfdaşlığı dünya iqtisadiyyatı və beynəlxalq siyasət üzərində hər hansı təzyiq yaxud hegemonluğu bərqərar etmək məqsədi daşımır. Bu münasibətlərin ən mühüm vəzifəsi qardaş ölkələrin suverenliyini və hamı üçün dinc qlobal inkişafın mümkünlüyünü təmin etməkdir. Bu tərəfdaşlıq təcavüzkar müharibələr aparmaq və ya beynəlxalq institutları sabotaj etmək məqsədi daşımır. Əksinə, məhz Türk Dövlətlər Təşkilatı BMT-nin və beynəlxalq hüququn mərkəzi rolunu icra etməsində ardıcıl olaraq təkid edən, qlobal siyasətin bütün iştirakçıları üçün bərabər hüquqlara və gücdən istifadədə təmkinli olmağa çağırır.

Bütövlükdə, dövlətimizin başçısı Şərq və Qərbin yeni dünya nizamında geosiyasi, iqtisadi, logistik və kommunikasiyanın, çoxşaxəli inkişaf məkanı etməyə qadir strateji bağları möhkəmləndirməsi şübhəsiz ki, ən qısa müddətdə öz qlobal bəhrəsini verəcək. Kontinental diplomatik mərkəzlərin, siyasi liderlərinin son aylarda Azərbaycana münasibətdə müşahidə olunan, getdikcə yüksələn diplomatik fəallığı, onların üzləşə biləcəkləri mühüm çağırışlar və siyasi xaos astanasında strateji müttəfiq, etibarlı tərəfdaş seçimini artıq etdiklərinə dəlalət edir. Zəfər tariximiz diplomatik müstəvidə ardıcıl qələbələrlə davam edir. Beləliklə, yeni reallıqların diktə etdiyi ümumi çağırışlara əsaslanaraq, Azərbaycanın sayəsində dünya, Avropa və Asiya, Şərq və Qərb arasındakı münasibətlərinin təkcə ikitərəfli əsasda deyil, həm də əsası Türk Dövlətləri Təşkilatı olan müəyyən birliklər çərçivəsində daha da inkişafını, miqyasının daha da genişlənməsinin şahidi ola bilər. Qlobal geosiyasi və iqtisadi böhranın getdikcə gücləndirdiyi tektonik çağırışlar Azərbaycanın Zəfər modelinə, etibarlı müttəfiq diplomatiyasına danılmaz ehtiyac yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib