Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi VİDEO

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Sabahınız xeyir, cənab Prezident.

- Sabahınız xeyir.

- Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Təşəkkür edirəm. Sizi görməyə çox şadam.

- Mən həqiqətən buna görə Sizə minnətdaram.

- Təşəkkür edirəm. Auditoriyanız qarşısında çıxış etmək imkanına görə sizə təşəkkür edirəm.

- Dərhal suallara keçəkmi?

- Bəli, necə istəyirsiniz.

- Cənab Prezident, bir il bundan əvvəl Dağlıq Qarabağda müharibə başlamışdır və Siz əksər ərazilər üzərində nəzarətə təkrarən yiyələndiniz. Noyabrda Siz mənə dediniz ki, müharibədən sonra bir araya gəlməyə və ya danışıqlar masasına qayıtmağa razı olacaqsınız. Siz indi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırsınızmı və əgər cavabınız “bəli”dirsə, bu, nə zaman baş verəcək və hansı formatda?

- Bəli, sizə keçən dəfə dediyim kimi biz hazırıq. Əslində, danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.

- Lakin Sizin bu gün baş nazir Paşinyanla bir araya gəlməyə heç bir niyyətiniz yoxdur?

- Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək.

- Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?

- Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir. Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır.

- Sizin dediyiniz kimi, sərhədlərin delimitasiyası, hərbi əsirlər, minalardan təmizləmə kimi müzakirə olunası bir çox başqa məsələlər var. Bu məsələlər üzərində iş necə gedir? İrəliləyiş varmı, yoxsa hər şey dayanıb?

- Dırnaqarası müharibə əsirlərinə gəldikdə, mən sizin tamaşaçılarınız üçün bu məsələyə aydınlıq gətirmək istəyirəm. Mən dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı danışmışam. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi.

Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, burada söhbət yüz minlərlə minadan gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik.

- Minsk qrupu vasitəçiliklə məşğuldur, ancaq kömək təklif edən digərləri də var. Məsələn, Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərməyi təklif edib. Bu məsələ tərəfinizdən nəzərdən keçirilirmi? Postmüharibə dövründə Avropa İttifaqı hər hansı bir rol oynaya bilərmi?

- Bəli, biz bu təşəbbüsləri dəstəkləyirik. Bu mövzular bizim rəsmilər və Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı biz vəziyyəti geniş müzakirə etdik və fəal şəkildə çalışmaqla bağlı birgə niyyətimizi ifadə etdik. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik.

- Mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıda biləcəyini təxmin edirsiniz?

- Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq.

Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək.

- Müharibə zamanı Türkiyə sizə dəstək verdi. Rusiya atəşkəs üçün vasitəçi kimi çıxış etdi və sülhməramlıları göndərdi. Fikrinizcə, müharibə regionda güclər balansını dəyişdimi?

- Bəli, Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz müharibənin ilk günlərindən verdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə hökumətinə çox minnətdarıq. İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir.

- Elə mən də dəqiqliklə onu soruşmaq istəyirdim. Yəni, sabitlik, eləcə də Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq...

- Bəli, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək.

- Sonuncu sualım. Əməkdaşlıq haqqında danışdıqda, Azərbaycan ötən ilin sonunda Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlayıb. Hazırda Avropanın qaz bazarında ehtiyatda saxlanılan qazın həcmi çox aşağı düşüb. Qiymətlər isə sürətlə qalxır. Bu halda Sizin ixracı artırmaq niyyətiniz varmı? Avropaya əlavə nə qədər qaz nəql edə bilərsiniz?

- Haqlısınız. Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir.

Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq.

- Lakin bu qış üçün o, mümkün deyil, düzdür?

- Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.

- Cənab Prezident, çox sağ olun. Çox təşəkkür edirəm.

- Sağ olun, çox sağ olun. Sizə uğurlar arzu edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi VİDEO

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər