Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin müsahibəsi: məzmunlu, çoxhədəfli, dürüst və hökmlü ŞƏRH

Prezident İlham Əliyevin müsahibəsi: məzmunlu, çoxhədəfli, dürüst və hökmlü ŞƏRH

Bakı, 20 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə dövlətimizin başçısının regionun, bütünlükdə isə dünya ilə bağlı narahatlığının izharı idi. Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Ermənistan, Azərbaycan-Fransa və Azərbaycan-ABŞ arasında münasibətlərin diplomatik səviyyələrdə səciyyəsini meydana qoyan İlham Əliyev fərdi üslub, tərz, dəst-xət səpgisində ümumi müşahidələrin doğru-dəqiq təhlilini verir. Əlbəttə, ölkə rəhbəri narahatdır. Amma bu narahatlıq erməniyə havadarlıq edib onu açıq şəkildə silahla təmin edən Fransa və Hindistana, yaxud gizli şəkildə həyata keçirən ABŞ-a görə deyil. Ona qalsa qeyd etdiyi kimi, ölkənin hərbi büdcəsi rekord səviyyədədir, Azərbaycan dövləti hər cür təxribatların qarşısını alacaq səviyyədədir. Bəs nigaranlıq nə ilə bağlıdır?! Bəşəriyyətin sabahı üçün, bitməyən ədavət, göz yaşı, savaşlardan yorulmayan, qan tökməkdən əl çəkməyən qüvvələrin antihumanist davranışı üçün.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın Prezident “İlham Əliyevin müsahibəsi: məzmunlu, çoxhədəfli, dürüst və hökmlü” başlıqlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Prezident İlham Əliyev dost olan ölkələri məmnunluqla qeyd edir, yüksək dəyərləndirir. Azərbaycan-Rusiya kontekstində məsələn: “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”, yaxud Azərbaycan-Türkiyə qardaşlığının nümunəsində: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

Azərbaycan-Gürcüstan münasibətlərinə də eyni məcrada yanaşır: “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Bütün dostluq və qardaşlıq münasibətlərinə rəğmən dünya, təəssüf ki, pislərdən, şərə, ədavətə qulluq edən qüvvələrdən xali deyil. Nə yazıq ki, bəşər yaranandan bu qaydanı pozmaq hələ heç kəsə müyəssər olmayıb. Antitürk psixoz yaratmaq, müsəlman, türk əleyhinə səlib yürüşlərinə çağırmaq cəhdində erməni millətçiliyi yenə də iş başındadır və xalqlar arasında təxribatda öz qədim peşələrinə sadiq qalırlar. Bunun əksinə olaraq, dövlətimizin başçısı İlham Əliyev antihumanist, millətçi ənənəni hər zaman rədd edib. Səbəbi bəlkə də M.Ə.Sabirin bu misrası ilə ifadə eləmək daha dəqiq olar: “Kim ki, insanı sevər, - aşiqi hürriyyət olur”! Çünki İlham Əliyev özünü dünyanın bir parçası sayır və dünya salamat olacaqsa, bütün insanlıq, fərdlər, insanlar salamat olacaq, - ideyasını rəhbər tutur. Nəinki rəhbər tutur, hətta bu ideyanın siyasi-əxlaqi mahiyyətinə bu gün xüsusilə müasir səslənən klassik səciyyələr verir: “Əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı”. Bu müşahidədəki təəssüf nidasını isə duymamaq mümkün deyil: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil”.

Bir əsr öncə özünü “hüsnü-xuda şairi” elan edən Hüseyn Cavid “Kəssə hər kim tökülən qan izini / qurtaran dahi odur yer üzünü”, - deyirdi. Bir əsr sonra baş verən vaqeələri müşahidə edən biri kimi deyirəm: Əgər yer üzünü tək bircə nəfər – İlham Əliyev idarə etsəydi, arzu olunan dahi işinin müəllifi elə özü olardı! Amma hələ ki, belə bir əlahiddəlik heç kimə nəsib olmayıb. Odur ki, qandan, xaosdan qidalananlara çalxantı yaratmaq, harmoniyaya xidmət edənlərə isə acımaq, ağrımaq, nigaran olmaq qalır: “biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması - “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Bu gün Qərb və ABŞ-ın Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz bu zəmin əsasındadır: Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan Qərbə, ABŞ dövlətinə, Fransaya isə bu, sərf etmir: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.

Onlar həm də bizim 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi faktı ilə barışa bilmirlər. Ona görə ard-arda müxtəlif şəkildə təzyiq göstərməyə çalışırlar. Ölkəmiz əleyhinə qara piar aparır, məğlub və işğalçı ölkənin silahlandırılmasına dəstək verir, Ermənistanda hərbi baza yaradır, ermənilərin təəssübünü çəkirlər. Ölkə rəhbəri yenə də xəbərdarlığını etdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

Gürcüstanla bağlı Azərbaycan Prezidentinin narahatlığı da müsahibədə prioritet məqam kimi diqqət çəkir. “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür”. Bəli, bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqına, ilk növbədə, bu meyillərə uymayaraq müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmağa çalışan hakimiyyətin olması vacib amildir. Bunu müsahibədə Prezident İlham Əliyev də geniş vurğuladı. Azərbaycan ilə Gürcüstanla strateji müttəfiqdirlər, həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neftinin və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan yanaşmaq lazımdır. Gürcüstanda baş verəcək istənilən daxili gərginlik, iğtişaş halları və ictimai-siyasi anarxiyanın zərbəsi həm orada yaşayan azərbaycanlılara dəyir, həm də bu qarışıqlıq region üçün yeni risk təhlükəsi yaratmış olur. Bu mənada, Gürcüstan dövlətinin sabitliyi Azərbaycan üçün öz sabitliyi qədər əhəmiyyətli məsələdir.

Prezident İlham Əliyev davamlı sülhə nail olunmasında məsələnin birdəfəlik həlli üçün nə etmək lazım gəldiyini aydın şəkildə açıqlayır. Bunun üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Əks təqdirdə, Ermənistan Konstitusiyası indiki formada qalarsa, sülh sazişi yarımçıq və qısamüddətli olacaq. Növbəti illərdə Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu denonsasiya edəcək. Buna görə, yeni münaqişələrə zəmin verməmək üçün heç bir hüquqi boşluğa yer verilməməlidir: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Müsahibədə yer alan əhəmiyyətli məqamlardan biri də COP29-un nəticələri ilə bağlı idi. Bu cür mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın dövlət başçısına belə bir sualın ünvanlanması gözlənilən idi. COP29 dünyanın ekoloji baxımdan, iqlim təhlükəsizliyi fonunda təhlükəsizliyini düşünən platformadır. Dünyanın yaşıl enerji ilə təminatında bu tədbirin keçirilməsinin müstəsna əhəmiyyəti oldu. Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırdı, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirdi, dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı və bu çağırış bu gün də davam edir. Bütün bunların mahiyyətini anlamaq belə insana gözəl hisslər yaşadır. Bizim dövlət qan, göz yaşı, ölümlər naminə deyil, yaşıl dünya naminə həmrəyliyə çağırdı dünya liderlərini. Kim bu çağırışdan kənarda qaldısa elə kimliyini və hansı qütbə xidmət göstərdiyini meydana qoydu. Bu mötəbər tədbir Azərbaycanın uğur hekayəsidir və humanist obrazının dünyanın gözü önündə yenidən sərgilənməsi baxımından müstəsna hadisədir. Bunu ölkə başçısı da qeyd etdi: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb”. Necə ki, Prezident belə bir ölkə olduğunu bütün dünyaya uca səslə bəyan etdi, Azərbaycanı tanıtdı, gücünü, mənəvi qüdrətini 196 ölkədən 76 000 insanın önündə sərgilədi.

Qərbi Azərbaycana Qayıdış amili də siyasi və strateji hədəf kimi Prezident İlham Əliyevin müsahibəsində vurğulandı. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin faciəvi proseslərindən biri kimi önə çəkildi və Qərbi Azərbaycan İcmasının reinteqrasiya üçün şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi məsələsinə də toxunuldu: “Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir”.

O ki qaldı Azərbaycan Respublikası Prezidentinin müsahibəsindəki intonasiyaya... Hər zamankı kimi mükəmməl idi: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir Azercell ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir