Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb VİDEO
Antalya, 16 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.
Antalyanın beynəlxalq aeroportunda dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.