Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib
Ankara, 28 avqust (AZƏRTAC). Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğana “Prezident vəsiqəsi” təqdim olunub.Türkiyənin Ali Seçki Komissiyası tərəfindən hazırlanmış sənəd Türkiyə Böyük Millət Məclisində (TBMM) Rəcəb Tayyib Ərdoğana parlamentin sədri Cəmil Çiçək tərəfindən təqdim olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan TBMM-in deputatları qarşısında dövlət başçısı kimi and içib.
Bundan sonar Çankaya Köşkündə “Təhvil - təslim” mərasimi keçiriləcək.
Xarici qonaqların iştirakı ilə təşkil olunan bu mərasimdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə təmsil edəcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]