Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin yaxında olduğuna dəlalət edir

Prezident-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin yaxında olduğuna dəlalət edir

Bakı, 7 oktyabr, AZƏRTAC

Qüdrətli Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistanın təxribatına layiqli cavab verməsi, mülki əhaliyə yönəlmiş təcavüzkarlığına qarşı bütün cəbhəboyu əks-hücuma keçməsi tariximizin ən şanlı səhifələrinin yazıldığı günlərə çevrildi. Çox keçmədən işğal altında olan torpaqlarımızın azad edilməsi, Cəbrayıl şəhərinin, eyni zamanda kəndlərimizin bir-bir düşməndən təmizlənməsi, üçrəngli bayrağımızın strateji yüksəkliklərə sancılması xalqımıza əsl bayram sevinci bəxş etdi.

Murov zirvəsində dalğalanan müqəddəs bayrağımız tezliklə bütün Qarabağın qalib əsgərlərimiz tərəfindən azad olunacağına olan inamını qəlbimizdə möhkəmləndirdi, kəlbəcərlilərin, laçınlıların, şuşalıların, ağdamlıların, ümumiyyətlə, bütün məcburi köçkünlərin öz yurdlarına dönmək arzusunun tezliklə həyata keçiriləcəyinin müjdəsini verdi.

Bunu AZƏRTAC-a “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar bütün Azərbaycan əhalisində, dünyadakı soydaşlarımızda ruh yüksəkliyinə səbəb oldu. Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil, Prezident-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin yaxında olduğuna dəlalət edir.

Bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdıran, əsl həqiqətləri faktlarla sübut edən Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bu gün artıq xeyli vətən torpağımız yağı tapdağından azad edilib. Bu istiqamətdə uğurlu işlər həyata keçirilir, addım-addım hər qarış torpağımız geri qaytarılır.

Bu gün xalqımız əmindir ki, Azərbaycan Vətən savaşında qalib gələcək, çünki bu, bizim haqq işimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı vurğuladı ki, biz öz torpaqlarımızı azad edirik: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür”.

Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə xidmətə yollanırlar.

Eyni zamanda, haqqın, ədalətin bərpa olunduğu bu tarixi günlərdə hər kəs ordumuza kömək etmək istəyir, əlindən gələn yardımı göstərir, on minlərlə könüllümüz vətən torpaqlarının azadlığı uğrunda döyüşçülərimizlə çiyin-çiyinə vuruşmaq üçün müraciət edir. “Biz zəfər çalacağıq!”, “Qələbə bizimdir!” şüarları dillərindən düşməyən 10 milyonluq Azərbaycan xalqı 30 illik Qarabağ həsrətinin sonlanacağı günü səbirsizliklə gözləyir. Qəhrəman oğullarımız işğal olunan torpaqlarımızın hər qarışı uğrunda çarpışaraq düşməni məhv edir, hərbi texnikasının külünü göyə sovurur, arxa cəbhədə ard-arda Qələbə sevinci yaşamağımıza səbəb olurlar.

Artıq düşmən güclü Azərbaycan Ordusu qarşısında tab gətirməyərək mövqelərini qoyub qaçır, təşvişə düşərək döyüşməkdən boyun qaçırır.

İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə qovrulan qaçqın və məcburi köçkün yurddaşlarımızın həsrətinin bitdiyi müqəddəs günləri yaşayırıq.

Bu tarixi zəfərlər isə hələ başlanğıcını Aprel döyüşlərindən, Lələtəpə, Günnüt qələbəsindən götürmüşdü. Ermənistanın iyulun 12-də Tovuza qarşı həyata keçirdiyi təxribat zamanı isə layiqli cavab alaraq yerinə otuzdurulan düşmən bir daha şanlı Azərbaycan Ordusunun nələrə qadir olduğunun şahidinə çevrildi. Amma təcavüzkar Ermənistan xislətindəki terrorçu xüsusiyyətindən əl çəkməyərək və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təxribatlarını daha da genişləndirir və onun hədəfi yenə də mülki əhalidir.

Biz hər zaman sülh tərəfdarı olmuşuq, amma doğma torpağımızın hər qarışı uğrunda çarpışmağı, canımızdan belə keçməyi bacarırıq. Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır və istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri arasında yer almağı bacarıb. Qısa zamanda düşmən üzərində sarsıdıcı zərbə ilə qələbə qazanılması da elə buna bariz nümunədir.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasına səs verən gənclər də hər sahədə xalqımızın bu haqq davasına dəstək göstərir. İstər ön cəbhədə, istər arxa, istərsə də beynəlxalq səviyyədə və informasiya sahəsində.

Əminik ki, bu gün Cəbrayılda qürurla dalğalanan üçrəngli bayrağımız tezliklə Kəlbəcərdə, Şuşada, Ağdamda, Xankəndidə, Laçında, Qubadlıda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda bizlərə qələbə sevinci yaşadacaq.

İndi bütün dünyaya da əyandır ki, Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı