Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycan inkişafın zirvəsinə yüksəlib, dünyada özünə layiqli yer tutub

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycan inkişafın zirvəsinə yüksəlib, dünyada özünə layiqli yer tutub

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhərinin Nəsimi rayonundan Rauf Zeynalov və Ləman Salayeva yazırlar: “Hörmətli cənab Prezident, bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə, onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır. Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq. Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun”.

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Elvira Əhmədova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlib, dünya birliyində özünə layiqli yer tutub. Koronavirus adlı bəlanın bütün dünya ölkələrini əsarətə aldığı və iqtisadiyyatını çökdürdüyü bir vaxtda, Sizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməyiniz bir daha göstərdi ki, rəhbərimiz xalqına nə qədər bağlıdır və xalqını nə qədər sevir. Aqrar sahəyə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz qayğı və diqqət bizi həm sevindirir, həm də daha da ruhlandırır. Cənab Prezident, bu qayğı üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Ağcabədi şəhərinin sakini Vaqif Məmmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, ilk öncə Sizə öz adımdan, ailəmin adından və bütün Ağcabədi camaatı adından təşəkkür edirəm. Rayonumuza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Ağcabədi inkişaf edir, abadlaşır, yeni iş yerləri, xidmət müəssisələri xalqın istifadəsinə verilir. Ağcabədidə “ASAN Həyat” kompleksinin tikilib istifadəyə verilməsi bizim üçün böyük xoşbəxtlikdir. Bu sahədə həm bir çox savadlı, gənc kadrlar işlə təmin olundu, həm də əhalinin işi asanlaşdı. Bizim ailəmiz üçün daha da sevindirici hal o oldu ki, oğlum Məmmədov Cahangir də bu kompleksdə işlə təmin olunub, xalqımıza xidmət edəcək. Bunun üçün Sizə nə qədər təşəkkür etsəm, azdır. Möhtərəm cənab Prezident, xalqımızın rifahının yüksəldilməsi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram”.

Salyan şəhərindən İlqar Qədirov, Püstə Hacıyeva, Sürəyya Əsgərova, Taleh Axundov və Lamiyə Almasova yazırlar: “Möhtərəm cənab Prezident, Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Respublikamızda təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik. Məhz Sizin diqqət və qayğınız sayəsində respublikamızın müxtəlif yerlərində körpələr evi-uşaq bağçaları əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchiz edilir. Salyan rayonunda da geniş quruculuq, abadlıq, təmir işləri göz önündədir. Salyan şəhər N.Babayev küçəsində yerləşən 9 saylı uşaq bağçası öz istismar müddətini başa vurduğu üçün onun yerində müasir standartlara cavab verən 60 yerlik uşaq bağçasının tikilməsi bizi çox sevindirir. Fidan balalarımız üçün belə bir müasir uşaq bağçasının tkilməsinə görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun!”.

Gəncə şəhərindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz sərəncamlar bizi çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcəklər. Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə idman saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.

Sumqayıt şəhərinin sakini Pyotr Kalugin: “Hörmətli cənab Prezident, Sizin kimi müdrik və ağıllı rəhbərimiz olduğu üçün sadə Azərbaycan vətəndaşı olaraq qürur duyuram və gördüyünüz işlərə görə Sizə səmimi qəlbdən minnətdarlıq bildirmək istəyirəm. Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz. Ölkə rəhbərimizin Sizin kimi müdrik siyasətçi olması hamının ürəyincədir. Siz həm də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısınız. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy uca Allah Sizi bütün çətinliklərdən qorusun!”.

Zaqatala rayonundan Həsən Ömərov: “Hörmətli cənab Prezident, koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxanalar istifadəyə verildi. Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasətiniz nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik”.

Abşeron rayonunun Xırdalan qəsəbəsindən Larisa Ağayeva: “Hörmətli cənab Prezident, Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı hadisələrin gedişini təsəvvür etmək belə istəməzdim. Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz. Mən və həyat yoldaşım koronavirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik. Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır. Biz Sizin sayənizdə sağalaraq artıq evimizə dönmüşük. Bir daha gördüyümüz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ağcabədi rayonundan Reyhan Ağayeva dövlətimizin başçısına minnətdarlığını bu fikirlərlə ifadə edir: “Möhtərəm cənab Prezident, 26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz. Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar. Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq”.

Masallı rayonunun Qarğalıq kəndindən Ramil Əliyev: “Çox hörmətli cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını çox layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir. Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda, həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin”.

Salyan rayonunun Qarabağlı kəndindən tələbələr Ümid Alxanov və Nurlan Paşayev yazırlar: “Hörmətli cənab Prezident, biz Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda, tələbələr olaraq Sizə minnətdarıq. Hazırda bir çox ölkələr COVID-19 infeksiyasından çox əziyyət çəkir. Sayənizdə Azərbaycanda bu virusun təsir dairəsi digər ölkələrlə müqayisədə o qədər də çox deyildir. Biz gənclər yaxşı başa düşürük ki, qaydalara əməl etməklə bu bəlanın qarşısını az itki ilə ala bilərik. Bu çətin dövrdə sosial məsələlərə diqqəti daha da artırmağınız, xüsusilə həssas ailə qrupuna aid olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi sevindirici haldır. Belə addımlar gənclərdə Vətənə, dövlətə olan məhəbbəti daha yüksəldir. Əziz Prezidentimiz, taleyüklü məsələlərdə hər zaman xalqımızın yanında olduğunuza və köməyinizi əsirgəmədiyinizə görə Sizə dərindən təşəkkür edirik. Allah hər zaman köməyiniz olsun”.

Gəncə şəhərindən Hökümə Cəfərova: “Hörmətli cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız, Mehriban xanım Əliyevanın COVID-19 infeksiyası ilə bağlı həmvətənlərimızə müraciəti bir daha sübut etdi ki, biz sabaha, rifaha doğru böyük ümidlərlə addımlayırıq. Çünki Azərbaycan xalqının arxasında güclü siyasətçi olan Prezident İlham Əliyev durur. Biz də xalq olaraq Sizi dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq. Sizə minnətdarlığımızı bildiririk”.

Zaqatala rayonundan Bəxtiyar Heraçiyev: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanın ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq”.

Bakı şəhərinin Pirallahı rayonundan Anar Abasəliyev: “Hörmətli cənab Prezident, Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz. Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanı davamlı şəkildə inkişaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, Allahın izni ilə və Sizin gördüyünüz tədbirlər sayəsində xalqımız bu bəladan qurtulacaq. Yaşasın Azərbaycan!”.

Salyan rayonunun Quyçu və Alçalı kəndlərindən Ş.Zeynalov, Ə.Yolçiyev, R.İmanov, X.İsmayılov və V.Quliyev yazırlar: “Möhtərəm cənab Prezident, Salyan rayon sakinləri, o cümlədən Quyçu və Alçalı kənd ictimaiyyətinin üzvləri Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Son illər bizim kəndlərdə çiçəklənmə dövrü başlayıb, məişət qayğılarımız xeyli azalıb. Artıq kənd sakinləri elektrik enerjisindən, təbii qazdan və içməli sudan fasiləsiz istifadə edirlər. Sizin Salyan rayonuna, salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik. Görülən işlər bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz. Bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq”.

Bakı şəhərindən Azad Kərimov: “Hörmətli cənab Prezident, bütün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər bir vətəndaş olaraq məni olduqca qürurlandırır. Xüsusilə, karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi təqdirəlayiq haldır. Mən ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə təşəkkürümü bildirirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına