PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə uğurlu inkişafından razılıq bildirilmişdir. Tərəflər ölkələrimiz arasında əlaqələrin strateji xarakter almasından məmnunluq ifadə etmişlər.
ABŞ vitse-prezidenti Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin ədalətli və şəffaf şəkildə keçiriləcəyinə əminliyini vurğulamışdır.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycanın demokratik inkişaf yolunda, Avratlantik strukturlara inteqrasiya istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizdə seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdır və demokratik seçkilərin keçirilməsi həmin məqsədlərə nail olunması işinə xidmət edir. Prezident İlham Əliyev Dövlət müstəqilliyi günü münasibətilə ABŞ Prezidentinin təbrik məktubunda ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı ifadə olunmuş fikirlərinə tam şərik olduğunu qeyd etmişdir.
Azərbaycan Prezidenti və ABŞ-ın vitse-prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.