PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlətimizin başçısı ölkəmizdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq proseslərindən danışmışdır.
Prezident İlham Əliyev parlament seçkilərində barmaqların görünməyən mürəkkəblə işarələnməsi sisteminin artıq Gürcüstanda tətbiq olunduğunu nəzərə alaraq, bu işin texniki təchizatının müəyyən hissəsi ilə bağlı Gürcüstan tərəfinin kömək göstərməsini xahiş etmişdir.
Prezident Mixail Saakaşvili böyük məmnuniyyətlə kömək göstəriləcəyini bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir. –-0--