Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Arif Quliyev: “Azərbaycanın səbri tükənib...”

Kiyev, 26 noyabr, AZƏRTAC

Ukraynanın nüfuzlu analitik portalında həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin “Azərbaycanın səbri tükənib...” sərlövhəli məqaləsi dərc edilib.

Ermənistanın növbəti təxribatına və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə həsr olunmuş məqalənin müəllifi yazır: “Ermənistanda Serj Sarkisyan rejimi dünya praktikasında mövcud olan bütün normalara zidd davranış nümayiş etdirməkdə davam edir. Bu rejim Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair danışıqlar prosesini pozmaq məqsədilə növbəti təxribat törətməyə cəhd göstərib”. A.Quliyev qeyd edir ki, erməni tərəfi Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən qoşunların təmas xəttində çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növləri cəlb edilməklə hərbi təlimlər keçirib.

Müəllifin fikrincə, elə təsəvvür yaranır ki, 20 ildən çox bundan əvvəl ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupu özü gərginlik yaradılmasında maraqlıdır. Beynəlxalq hüquq üzrə mütəxəssis olan müəllif soruşur: “Məgər bu cür qüdrətli dövlətlər Ermənistanın Azərbaycan ərazilərində hərbi təlimlər keçirmək haqda qərar qəbul etməsini bilmirdilər? Məgər Ermənistanın bu hərbi təlimlərə 40 min nəfərlik hərbi kontingent, habelə hərbi avadanlıq və silahlar cəlb edilməsi barədə bəyanatları haqqında onlara heç nə məlum deyildi? Bəlkə onlar bilmirdilər ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən, habelə onların təmsil etdikləri ölkələr tərəfindən tanınmış ərazilərini (o cümlədən Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu) 22 ildən çoxdur ki, işğal altında saxlayır? Bəlkə, onların bu işğal nəticəsində ölkədə bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, 30 mindən çox insanın öldürülməsindən də xəbərləri yoxdur?”.

Analitik materialın müəllifi vurğulayır ki, bu hərbi təlimlərin nə üçün, hansı məqsədlə keçirilməsi həmsədrləri əsla maraqlandırmırdı. Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı orada heç 40 min erməni qalmayıb. Həmsədrlər beynəlxalq hüququ arxivə təhvil verərək Ermənistanın mövqeyindən çıxış edirlər. Bu, o cümlədən Ermənistan silahlı qüvvələrinin helikopterinin qoşunların təmas xəttində vurulması ilə əlaqədar həmsədrlərin bəyanatlarında da özünü göstərir.

Müəllif yazır: “Onlar bəyan edirlər ki, helikopter “neytral ərazidə” və ya “məskunlaşmamış ərazidə” vurulub. Onlar açıq deyə bilmirlər ki, helikopterin vurulduğu ərazi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisidir. Bu məsuliyyətsiz bəyanat Azərbaycan tərəfinin haqlı etirazına səbəb olub”.

A.Quliyev vurğulayır ki, həmsədrlər münaqişənin dinc yolla, ədalətli şəkildə və beynəlxalq hüquq normalarına uyğun surətdə danışıqlar yolu ilə tənzimlənməsi üçün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət daşıyırlar.

Hüquqşünas alim xatırladır ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, lakin o, Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Rəsmi Bakı çoxdan bildirib ki, o, indiki status-kvo vəziyyəti ilə heç vaxt razılaşmayacaq.

Materialda vurğulanır: “Ermənistanın vurulmuş helikopteri ilə bağlı son hadisələr bir daha göstərir ki, rəsmi Yerevan Azərbaycanın səbrinin tükəndiyini başa düşməlidir. Üstəlik, beynəlxalq normalara uyğun olaraq Bakının nəinki özünü müdafiə etmək, həm də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini azad etmək hüququ vardır.

Bu gün Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. İndi Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin mübahisəsiz lideridir. Azərbaycanın dövlət sərhədini pozmuş Ermənistan helikopterinin Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan öz suverenliyini qorumaq üçün zəruri olan hər hansı qüvvə tətbiq etməyə hazırdır”.

Müəllif daha sonra yazır ki, Ermənistan Prezidenti ağır geosiyasi və iqtisadi vəziyyətdə olan ölkəsi haqda deyil, ilk növbədə öz şəxsi hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək barədə, öz klanının maraqları barədə düşünür. Məqalədə deyilir: “Tamamilə aydındır ki, prezident Sarkisyanın riyakarlığının həddi yoxdur. Kədərli də olsa faktdır ki, Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən gəlib çıxmış Sarkisyan ikinci müddətə Ermənistan Prezidenti vəzifəsini tutmasına baxmayaraq, dövlətçilik təfəkküründən məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmamasını bir daha sübut edir. Buna görə də 20 ildən artıq davam edən danışıqlarda heç bir tərəqqi və real irəliləyiş müşahidə olunmur”.

Professor qeyd edir ki, elə bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr insanlara ağrı və iztirablar gətirən bu şər qüvvəyə biganədirlər. Bu münaqişənin doğurduğu çoxsaylı faciə və dağıntılarla üzləşən Azərbaycan döyüşlərdə həlak olanların xatirəsinə həsr edilmiş çoxsaylı beynəlxalq tədbirlərdə fəal iştirak edir. Vurulmuş helikopterlə bağlı insidentə görə ATƏT-in narahatlığının səbəbi də aydındır. Lakin ATƏT-i hər şeydən əvvəl bu məsələ narahat etməlidir ki, Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var. Onların hüquqları kobud şəkildə pozulub. 200 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən deportasiya edilib. Qoy ATƏT bununla məşğul olsun. Qoy ATƏT həm də ona görə narahat olsun ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Baş Məclisinin müvafiq qətnaməsi yerinə yetirilmir. ATƏT buna görə narahat olsaydı, daha düzgün olardı.

Professor Arif Quliyev məqaləsinin sonunda beynəlxalq vasitəçiləri həmsədrlərin yüksək statusundan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə yönəlmiş səyləri fəallaşdırmağa çağırır.

Materialın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://versii.com/news/317192/

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH