Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Elbrus Cəfərovun “Zirvələrə dikin bayraq” adlı yeni kitabı nəşr olunub

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan əsilli dünyaşöhrətli alim, İstanbul Texniki Universitetinin Aerokosmika fakültəsinin professoru Elbrus Cəfərovun Türkiyədə “Zirvələrə dikin bayraq” adlı ictimai-siyasi-fəlsəfi motivli yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Ankara Sahil Kitap” nəşriyyatı tərəfindən Elbrus Mahmudoğlu təxəllüsü ilə nəşr olunan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, fəlsəfi araşdırmaları, ictimai-siyasi motivli şeirləri daxil edilib.

Qərbi Azərbaycanın Göyçə mahalının Kərkibaş kəndində dünyaya göz açmış müəllifin kitabında fərqli dövrlərdə yazdığı Vətən həsrətli ictimai-siyasi motivli, təbiət və həyatın gözəlliklərini tərənnüm edən lirik şeirlər, təsəvvüf motivli qəzəl və münəcatlar yer alıb. Fəlsəfi-təsəvvüf motivli “Dünya” və “Milli qürurdur dilimiz” mənzum traktatları da ilk dəfə bu kitabda nəşr olunub. Kitabda sufi-hürufi şair, dahi mütəfəkkir alim-filosof Seyid İmadəddin Nəsiminin məşhur “Sığmazam” əsərinə nəzirə olaraq yazılmış “Möhtacam” şeiri də yer alıb.

Şairin əsərləri günümüzün ictimai-siyasi gerçəkliklərini poetik janrda oxuculara çatdıran samballı nümunələrdən hesab olunur. Kitabda müəllifin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin qəhrəmanlarını tərənnüm edən, Vətən, torpaq, bayraq sevgisi aşılayan şeirləri də yer alıb. Xüsusilə də Müzəffər Ali Baş Komandanın dilindən xalqımızı və əsgərimizi mücadiləyə səsləyən “Azərbaycan, Azərbaycan” poemasının epiloqu olduqca təsirli bir əsər olaraq günümüzün aktual gerçəklikləri ilə uzlaşır, kitaba xüsusi məna qatır.

Göründüyü kimi, həyatını bütünlüklə elm və təhsilə həsr etmiş professor, eyni zamanda, sazlı-sözlü Göyçənin zəngin folklor mühitindən aşılanan bədii yaradıcılığından da uzaq qalmamışdır. Müəllifin 30 illik müşahidələrinin bədii inikası olarak ərsəyə gələn, nəfis tərtibatlı 144 səhifədən ibarət bu yığcam kitabı tarixin sınaqlarından çıxan “bir millət, iki dövlət” dost və qardaş Azərbaycan-Türkiyə xalqları arasında ədəbi-bədii əlaqələrin və canlı insani körpülərin möhkəmlənməsində mühüm töhfələrdən biri kimi dəyərləndirmək mümkündür. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, “Türklərin gücü yenilməzdir!”, “Türkün ruhu sarsılmazdır!” şüarları danılmaz bir gerçəkdir. Maddi-mənəvi sərvətləri zəngin olan Vətənimizə göz dikən yağı düşmən bu zəfərdən dərs çıxarmalıdır.

Ümid edirik ki, professorun ömrünün müdrik çağında uzun illərdən sonra ərsəyə gələn “Zirvələrə dikin bayraq” kitabı vətənimiz Azərbaycanda da geniş oxucu kütləsinin marağına səbəb olacaq, gənclərin, şanlı əsgərlərimizin, təsəvvüf elminə maraq göstərənlərin, folklorsevərlərin stolüstü kitabına çevriləcək.

Qeyd edək ki, ilk təhsilini hazırda işğal altında olan Basarkeçər rayonunda alan Elbrus Mahmud oğlu Cəfərov məktəbi qızıl medalla bitirdikdən sonra elm yolunda ilk addımlarını atıb. “Sapı özümüzdən olan baltalar”ın yaratdığı əngəllərə baxmayaraq, 35 yaşında Moskvada doktorluq dissertasiyası müdafiə edən Elbrus Cəfərov texniki kibernetika və informasiya nəzəriyyəsi ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini qazanıb.

Professor uzun illər ərzində Azərbaycan Texniki Universitetinin avtomatika və robototexnika kafedrasına rəhbərlik edib. O, ölkəmizdə robototexniki sistemlər ixtisasını açan və tədris edən ilk alimdir. Beynəlxalq Astronavtika Akademiyasının (IAA) həqiqi üzvü olan professor Elbrus Cəfərov dünyanın müxtəlif ölkələrində keçirilən yüksək dərəcəli elmi konfranslarda məruzələrlə çıxış edib, 200-dən çox birinci dərəcəli elmi məqalənin, 27 ixtiranın müəllifi - patent sahibidir. Xeyli müddətdir ki, İstanbul Texniki Universitetində çalışan alim bakalavr, magistratura və doktorantura pillələrində xarici tələbələrə fundamental ixtisas fənlərindən dərs keçir. Universitetdə onun rəhbərliyi altında 10 nəfərə yaxın Ph.D., 100-ə yaxın bakalavr və magistr yetişdirilib.

İstanbul Texniki Universitetin Aerokosmika fakültəsinin aviasiya mühəndisliyi ixtisası üzrə professoru 77 yaşlı Elbrus Cəfərovun yüzlərlə tələbənin məzun olmasında və Türkiyə Müdafiə Sənayesində uğurla çalışan mühəndis kadrlarının ərsəyə gəlməsində müstəsna xidmətləri və əməyi olub. Professorun Avropada ingilis dilində nəşr olunmuş “Elbrous Jafarov (Variable Structure Control and Time-Delay Systems) WSEAS Press 2009, 330 p.” fundamental kitabı dünyanın aerokosmik sistemləri, robototexnika, idarəetmə nəzəriyyəsi sahələrində tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunan fundamental referans kitabı aerokosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robototexnika, idarəetmə nəzəriyyəsi magistr və doktorantura tələbələri, müəllim və tədqiqatçılar üçün nəzərdə tutulub. Sözügedən kitabı professorun üzv olduğu Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofisləri universitetlər və şəxsi kitabxanaları üçün sifariş edirlər.

Professor Elbrus Cəfərov “Robust Control, Theory and Applications 694 p. Edited by Andrzej Bartoszewicz; Published by InTech 2011” tez-tez istinad edilən nadir fundamental monoqrafiya-dərslik kitabının seçilmiş beynəlxalq həmmüəlliflərindən biridir. Hazırda vəzifəsinin başında olan və Göyçə həsrəti ilə yanan qocaman alim gənclik illərindən bəri çox sevdiyi Bakı şəhərindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq