Professor Mustafa Önər: Simpoziumun türkologiya elminin inkişafında mühüm rolu olacağına inanıram
Bakıda keçirilən “Sələflər və xələflər” birinci Beynəlxalq simpoziumunun türkologiya elminin inkişafında mühüm rolu olacağına inanıram.
Bu sözləri Beynəlxalq tədbirin iştirakçısı, Türkiyənin Ege Universitetinin professoru Mustafa Önər AZƏRTAC-a müsahibəsində bildirib.
Alim vurğulayıb ki, Azərbaycanda türkologiya elminə böyük diqqət göstərilir. Bu elm sahəsində geniş araşdırmalar, tədqiqatlar aparılması çox önəmli məsələdir.
M.Önər, eyni zamanda, ölkələrimiz arasında elmi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini söyləyib.