PSİXOLOQLAR ƏSƏB POZUNTUSUNUN 10 ƏSAS SƏBƏBİNİ MÜƏYYƏN ETMİŞLƏR
Bəs insanın əsəb pozuntusu təhlükəsi ilə qarşılaşdığını necə müəyyən etməli?
AZƏRTAC xarici tibb nəşrlərinə istinadla xəbər verir ki, psixoloqlar yaxınlaşmaqda olan əsəb pozuntusunun 10 əsas əlamətini fərqləndirirlər:
1. İnsan xroniki yorğunluq, zəiflik hiss edir. 2. Kiminsə xahişi onu hirsləndirir. 3. Əsəb pozğunluğu həddində olanlar özünütənqidə meyillidirlər. 4. Əsəb pozuntusu həddində olanlara çox tez hirslənmə də xasdır. 5. Əgər hiss etsəniz ki, ətrafınızdakıların hamısı sizə düşməndir və getməyə bir yeriniz yoxdur, deməli, tezliklə əsəb pozuntusuna məruz qalacaqsınız. 6. Əvvəllər sizdə heç bir emosiya doğurmayan sözlər və hərəkətlər sizə toxunur. Sizə elə gəlir ki, sizə sataşmaq, sizi təhqir etmək istəyirlər. 7. Kəskin baş ağrıları və həzmetmənin pozulması çox vaxt əsəb pozuntusundan xəbər verir. 8. Əsəb pozuntusundan əvvəl adamlar, adətən, yuxusuzluqdan və depressiyadan əziyyət çəkirlər. 9. Əsəb pozuntusuna məruz qalacaq insanlarda acizlik və köməksizlik hissi, adətən, əsassız şübhəliliklə, bəzən də təqibolunma maniyası ilə müşayiət edilir. 10. Əsəb pozuntusundan əvvəl həzmlə bağlı problemlərlə əlaqədar çox vaxt çəkidə dəyişiklik baş verir.