QABAQCIL GƏNCLƏR SƏMƏRƏLİ FƏALİYYƏTƏ BAŞLAYIRLAR
AGƏŞ-in sədri Səyavuş Məmmədov mətbuat konfransını açaraq demişdir ki, belə səfərlər Rusiyada fəaliyyət göstərən həmin təşkilatlar tərəfindən artıq ikinci ildir həyata keçirilir və Rusiyadakı Azərbaycan təşkilatları, konkret halda AGƏŞ bu cür təşəbbüsün real müsbət nəticələrinin şahidi olur. S.Məmmədov demişdir: “Səfər çərçivəsində gənc siyasətçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı və obyektiv informasiya verilmiş, Azərbaycan-Rusiya münasibətləri və RF-də etnik azlıqlara münasibət məsələləri müzakirə olunmuşdur”.
Rusiya Xalq Partiyasının gənclər siyasəti üzrə əlaqələndiricisi Dmitri Qudkov, “Həyat enerjisi” Ümumrusiya İctimai Gənclər Hərəkatının sədri Yuri Lopusov, “Vahid Rusiyanın gənc qvardiyası” təşkilatının Moskva vilayəti və Mərkəzi federal dairələri üzrə əlaqələndiriciləri Vladimir Artyuxov, Aleksey Şapoşnikov, Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının üzvü, filologiya elmləri namizədi Anton Nazarov, Taekvondo Federasiyasının prezidenti Lazos Sinfelis tədbirdə çıxış etmiş, Azərbaycandan aldıqları təəssüratları bölüşmüşlər.
Qonaqlar səfər çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, günahsız 20 Yanvar qurbanlarının xatirəsini anmış, Sabirabaddakı çadır şəhərciyində qaçqınlar və məcburi köçkünlər ilə görüşmüşlər.