ELM VƏ TƏHSİL
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI VERİLMİŞDİR
Bakı Dövlət Universitetinin professor və müəllim heyəti bu ali təhsil ocağının tələbə şəhərciyindəki yataqxanalarında məskunlaşmış qaçqın və məcburi köçkünlərə 6 milyon manat dəyərində bayram sovqatı vermişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, BDU-nun rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızı müqəddəs Novruz bayramı münasibətilə təbrik etmiş, işğal altında qalan torpaqlarımızın tezliklə azad olunacağına və onların öz ata-baba yurdlarına dönəcəklərinə inamını ifadə etmişdir. Köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]