Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir

Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir

Moskva, 27 avqust, AZƏRTAC

Bu gün qadınların rolu təkcə ayrıca götürülmüş cəmiyyətdə deyil, həmçinin onların əməkdaşlığının dinc inkişaf və millətlərin qarşılıqlı zənginləşməsi üçün resursa çevrilməyə qadir olduğu dövlətlərarası səviyyədə də artır. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya müasir Azərbaycanda qadınların rolu və onların xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi sahəsində imkanları barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb.

-Nataliya Rudolfovna, hər hansı müsəlman ölkəsindən söhbət düşdüyündə mütləq qadınların və kişilərin bərabər hüquqları məsələsi ortaya çıxır. Siz kənardan Azərbaycanın bu sahədə nailiyyətlərini qiymətləndirə bilərsinizmi?

-Qısaca olaraq bu cür cavab verərdim: Bakı dünyada çadranı atmış qadına heykəl qoyulduğu yeganə müsəlman ölkəsidir. Çünki Azərbaycan müsəlman Şərqinin ilk dövləti olaraq qadınlara kişilərlə bərabər hüquqları 100 il əvvəl verib. Müqayisə üçün bildirim ki, fransız qadınlar yalnız 1944-cü ildə seçkilərdə iştirak hüququnu əldə ediblər. Səudiyyə Ərəbistanında isə yalnız ötən il qadınlara avtomobil idarə etməyə icazə verilib. Beləliklə, bu ölkələrdən hansında qadın daha azaddır? Mən deyərdim ki, məhz Azərbaycan ənənələrin və inkişafın vəhdəti üzrə unikal nümunə kimi qadınlara öz imkanlarını tam şəkildə gerçəkləşdirmək şəraiti yaradıb.

Müasir Azərbaycanda qadınlara münasibətdə dövlət siyasəti milli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin ləğvi haqqında Konvensiyanı ratifikasiya etdirib. Respublikada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, bir sıra qanunlar, o cümlədən məişət zəminində zorakılıq hallarının qarşısının alınması və gender bərabərliyinin təmin olunması sahəsində qanunvericilik aktları qəbul edilib. Bu gün ölkədə gender ekspertizasının rəyi olmadan heç bir qanun və ya dövlət proqramı qəbul edilmir. Gender bərabərliyinin möhkəmləndirilməsi üzrə tədbirlərə isə respublikanın büdcəsindən hər il milyonlarla dollar vəsait ayrılır.

-Azərbaycan qadınlarının respublikanın ictimai həyatında iştirakı ilə əlaqədar nə düşünürsünüz?

-Bunun ən parlaq nümunəsi Birinci vitse-prezident və UNESKO-nun xoşməramlı səfiri, ölkəni bütün dünyada layiqincə təmsil edən Mehriban xanım Əliyevadır. Hesab edirəm ki, Mehriban xanım ailə həyatını və ictimai fəaliyyəti birlikdə həyata keçirə bilən nümunəvi müasir qadındır. Ümumiyyətlə, Azərbaycan siyasətində qadın ənənələrinin kökü qədimlərə gedib çıxır: XII əsrin əfsanəvi qadını Möminə Xatun xalqın yaddaşında özünün hazırcavablığı və dərin zəkası ilə qalıb. Həmçinin Puşkinin nağılından Şamaxı çariçasını da xatırlamaq olar. Onun adının mənşəyi Azərbaycanın Şamaxı şəhəri ilə bağlıdır.

Müasir Azərbaycanda zərif cinsin nümayəndələri kişilərlə birlikdə hakimiyyət strukturlarına, qanunverici və icra orqanlarında təmsil olunurlar. Məsələn, onlar Milli Məclisin deputatlarının 17 faizini təşkil edir, bələdiyyələrdə isə son seçkilərin yekunlarına görə qadınların sayı 6 dəfə artıb. Elm, səhiyyə və təhsil sahələrində daha çox qadın fəaliyyət göstərir. Həm də Azərbaycanda ali və orta ixtisas səviyyəli qadın mütəxəssislərin sayı kişilərdən çoxdur.

-Bütün dünyada qadınların təsirinin daha çox artdığı mühüm sahələrdən biri də iqtisadiyyatdır. Siz Azərbaycan qadınlarını bu planda necə xarakterizə edərdiniz?

-Həqiqətən, qadınların biznesdə qazandığı uğurlar təkcə onların ailəsinə deyil, həm də ümumilikdə ölkə iqtisadiyyatına fayda gətirir. Qadın intuisiyası isə alışılmış proseslərə qeyri-standart prizmadan baxaraq gəlir əldə olunmasının yeni imkanlarını görməyə imkan verir. Azərbaycan son illərdə biznes sahəsində əsl qadın bumu yaşayır. Sahibkarların sayı 143 minə yüksəlib ki, bu da biznes icmasının üçdəbiri deməkdir. Aqrar sektorda isə qadınlar, hətta rəhbər vəzifələrin 50 faizini tuturlar. Bu cür fəallığın səbəbi dövlətin qadın resurs mərkəzlərinin yaradılması istiqamətində səyləridir. Bu mərkəzlərə xüsusən kənd rayonlarında böyük ehtiyac duyulur. Həmçinin xüsusi qadın biznes-inkubatorlarının açılması planlaşdırılır. Onlar zərif cinsin nümayəndələri üçün yeni iş yerlərinin açılmasına, biznesin inkişafına və qadın sahibkarlığı sahəsində yeni sərmayə imkanlarının axtarılmasına şərait yaradacaq.

Azərbaycanın Qadın Sahibkarlığı Assosiasiyası rusiyalı həmkarları ilə əlaqələr yaratmağa səy göstərir. Biz yaxınıq, eyni dildə danışırıq, bir-birimizi çox yaxşı başa düşürük və bütün bu imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır. Xüsusən, Bakıda keçirilən IX Regionlararası Rusiya-Azərbaycan forumunda imzalanmış ikitərəfli əməkdaşlıq haqqında sazişin bir neçə maddəsində qadın biznesinin stimullaşdırılması nəzərdə tutulub. Rusiyada qadınların biznesə cəlb olunmasına kömək göstərilməsi üzrə bir sıra proqramlar həyata keçirilir. Ölkələrimiz qadınların maliyyə müstəqilliyinin təmin olunması sahəsində təcrübə mübadiləsi apara bilərlər.

-Sizin fikrinizcə, qadınlar hələ də ölkələrimizin daha da yaxınlaşmasına kömək edə bilərlərmi?

-Zərif cinsin nümayəndələri münaqişələrin nizama salınmasına, gərginliyin azaldılmasına, konstruktiv dialoqun təşkilinə çalışır və bu da dövlətlərarası əməkdaşlığın inkişafında və xalq diplomatiyasında çox mühüm rol oynayır. Mövcud olan ənənəyə müvafiq olaraq Rusiya və Azərbaycanın qadın ictimai təşkilatları birlikdə fəaliyyət göstərirlər. Bizim RAD mərkəzi Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma və etimadın təmin edilməsinə xidmət edir, onun fəaliyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin qadın nümayəndələri tərəfindən həmişə müsbət rəylər alır. Daha qlobal perspektivdə qadınların əməkdaşlığı bələdiyyə və regional səviyyədə rəhbərliklər, parlamentarilər və ictimai liderlər arasında uğurlu təcrübə mübadiləsinin qurulmasına kömək edə, məhz qadın xalq diplomatiyası prizmasından ölkəmizdəki vətəndaş cəmiyyətini inkişaf etdirə bilər.

Nəzdində RAD mərkəzinin fəaliyyət göstərdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev tez-tez təkrar edir ki, qadınlar təbiət etibarilə əmin-amanlıq tərəfdarıdırlar və bu güclü potensialdan ölkələrimiz arasında dinc yanaşı yaşamağın, mədəni dialoqun, humanitar və iqtisadi tərəfdaşlığın inkişafında istifadə etmək zəruridir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər