Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəlib
Bakı, 27 iyul, AZƏRTAC
“Dalğa Arena”da qadın futbolçulardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Qolu qarşıldaşmanın 56-cı dəqiqəsində Merve Özdemir vurub.
İyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.