Qadın futbolçulardan ibarət millinin baş məşqçisi: Monteneqro ilə oyunda səhvlərə yol vermədik
Bakı, 27 sentyabr, AZƏRTAC
Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. Dünya çempionatının seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Monteneqro yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
36 yaşlı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”.
O, oktyabrda yığmanı daha iki çətin oyunun gözlədiyini vurğulayıb: “Səfərdə Farer adaları, evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki matçda uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]