Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş
Bakı, 9 dekabr, AZƏRTAC
AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R. Abdullayev yığmanı UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider tamamlaması və B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.
Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan assosiasiya rəhbəri komandaya gələcək oyunlarda uğurlar arzulayıb. Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova onlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. Millinin baş məşqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış edərək növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün futbolçuların böyük səylə hazırlaşacağını deyiblər.