Qadın güləşçimiz Elis Manolova Avropa çempionatının finalına yüksəlib
Bakı, 1 aprel, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın dördüncü günündə - martın 31-də təmsilçimiz Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan güləşçimiz ilk görüşündə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Güləşçimiz qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabı ilə qalib gəlib. Qrupda ikinci yeri tutan E.Manolova yarımfinala yüksəlib.
Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 2:1 hesabı ilə qalib gələn E.Manolova dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.
Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]