Qadın güləşçimiz Nigar Mirzəzadə U-23 dünya çempionatında gümüş medal qazanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın güləşçimiz Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb - 7:1. Güləşçimiz dörddəbir finalda qazaxıstanlı Dariqa Abenə “tuşe” ilə qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabı ilə məğlub edən N.Mirzəzadə finala yüksəlib.
Təmsilçimiz həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Miva Morikavaya (0:10) məğlub olaraq gümüş medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]