Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir
Bakı, 10 iyun, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir.
Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və “Dinamo” İdman Cəmiyyətində keçirilir.
İyunun 15-də Bakıda yekunlaşacaq toplanış ardınca ölkə xaricində davam etdiriləcək.
Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
Qeyd edək ki, avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək İslam Oyunlarındakı rəqiblər hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]