Qadın həndbolçulardan ibarət “Nur” komandasının Avrokubok oyunlarının hakimləri bəlli olub
Bakı, 26 avqust, AZƏRTAC
Klassik və çimərlik həndbolu üzrə qadınların yarışında Azərbaycan çempionluğunu qazanan Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışının ilk mərhələsində İsveçin “Luqi” komandası ilə qarşılaşacaq.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, son ölkə çempionunun oyunlarını ukraynalı hakimlər briqadası idarə edəcək. Mingəçevirdə keçiriləcək hər iki matçın hakimləri Olena Kaverina və Marina Dupli, EHF nümayəndəsi isə rumıniyalı Kristian Belu olacaq.
Xatırladaq ki, ilk oyun sentyabrın 16-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək. Görüşlər yerli vaxtla saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]