QADIN SÜRÜCÜLƏR İNZİBATİ MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞLAR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ilin 9 ayı ərzində respublika ərazisində 130 qadın sürücü yol-nəqliyyat qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Onlardan 17-si nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiklərinə görə saxlanılmışdır.