Qadın voleybolçular arasında Azərbaycan Birinci Liqasının əsas mərhələsi başa çatıb
Bakı, 27 mart, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Birinci Liqasının əsas mərhələsi başa çatıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, 14 komanda bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparıb. Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-off mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, B qrupunda isə “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin” və “Sumqayıt” komandaları mübarizə aparıblar.
Yarımfinal və final oyunlarından ibarət pley-off mərhələsinə A qrupundan "Xarı bülbül" və "Azərreyl-2", B qrupundan isə "Murov-2" və "Ryuqa" klubları yüksəliblər.
Pley-off oyunlarına aprelin 1-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda birinci olmuş “Xarı bülbül“ B qrupunun ikincisi “Ryuqa” ilə, B qrupunun birincisi “Murov-2” isə A qrupunun ikincisi “Azərreyl-2” ilə qarşılaşacaq. Qaliblər finalda I Liqanın çempionunu müəyyən etmək şansı qazanacaq, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]