QADIN XOKKEYÇİLƏRİMİZ DÜNYA REYTİNQ CƏDVƏLİNDƏ 19-CU PİLLƏYƏ QALXMIŞLAR
Azərbaycanın qadınlardan ibarət yığması 250 xalla 19-cu pilləyə qalxmışdır. Bu, məşqçi Adil Paşayevin yetirmələrinin Avropa komandalarının ötən ay Bakıda keçirilmiş “Trofi” çempionatında qalib gəlməsi sayəsində mümkün olmuşdur. Millilərimiz reytinq cədvəlində ilk iyirmilikdə yer almaqla yanaşı, MDB ölkələri arasında yalnız Ukrayna (481 xal) və Rusiyadan (363 xal) geri qalır.
Buna baxmayaraq, xokkeyçilərimiz Avropanın güclülərindən sayılan İtaliya və Fransa komandalarından bir neçə pillə irəlidədir. Dünya reytinq cədvəlinə 1694 xalla Hollandiya başçılıq edir. Argentina 1646 xalla ikinci, Almaniya 1565 xalla üçüncü sıradadır.
Kişi xokkeyçilərin reytinq cədvəlində isə həmyerlilərimiz 25 xalla 68 ölkə arasında 53-cü pillədə qərarlaşıblar. Avstraliya 1619 xalla birinci, Hollandiya 1568 xalla ikinci, Almaniya 1509 xalla üçüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]