Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qadın yaradan, yaşadan və qoruyandır

Bakı, 7 mart, Səadət Hakıyeva, AZƏRTAC

Qadın ilahi qüvvə, müqəddəs varlıqdır, alilik, ülvilik timsalıdır. Qadın yaradan, yaşadan və qoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. Ana Vətən, Vətən isə Ana deməkdir.

AZƏRTAC Azərbaycan qadınının ailədə və cəmiyyətdə rolu, ölkəmizdə qadına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən araşdırma yazını təqdim edir.

Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız Vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib, qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar. Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.

Hələ ibtidai icma quruluşu dövründə zərif cinsin nümayəndələri cəmiyyətin aparıcı qüvvəsi, qəbilə başçısı, ailənin ən nüfuzlu və hörmətli üzvü olub. Bu müqəddəs varlıq xeyirxahlıq və ədalət rəmzi kimi qəbul edilib. Eramızdan əvvəl VI əsrdə Şimali Azərbaycanın ərazisində yaşayan massagetlərin hökmdarı, el anası, tədbirli və təmkinli sərkərdə Tomrisin igidliyindən bəhs edən rəvayətlər indi də dillər əzbəridir. Tomris ananın qəhrəmanlığı yunan filosofu Herodotun “Tarix” əsərində də öz əksini tapıb. Digər tarixi qəhrəmanımız Möminə Xatunun uzaqgörənliyi, dərin düşüncəsi, əzmkarlığı, iradə yenilməzliyi sayəsində Şərqin böyük Atabəylər dövləti yaranıb. Eldəgizlər dövlətinin inkişafında xüsusi xidmət göstərən Möminə Xatun zəmanəsinin tədbirli və ədalətli anası, soyuqqanlı diplomatı, nüfuzlu şəxsiyyəti kimi tanınıb. XV əsrin ikinci yarısında dahi şəxsiyyət kimi yetişmiş Uzun Həsənin arxasında anası Sara xatun dururdu. Sara xatun Şərq və Avropa ölkələrində məşhur diplomat və görkəmli dövlət xadimi kimi tanınırdı.

Bərdə hökmdarı Nüşabə xanım, XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi, görkəmli şairə, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan və digərlərinin adları xalqın yaddaşında əbədilik qalacaq. Bu siyahını Səfəvilər dövlətinin çiçəklənməsində xüsusi xidməti olan I Şah İsmayılın könül həmdəmi Taclı xanım, XVII əsrin əvvəllərində Azərbaycan xalqının mərdlik simvolu sayılan qoç Koroğlunun ömür-gün yoldaşı, ismət qalası Nigar xanım, Gəncə xanı Cavad xanın anası Şərəf Cahan Bəyim xanım, Qarabağ müharibəsində düşmən gülləsinə tuş gələn jurnalist bacımız Salatın, 20 Yanvar hadisələrində ölümü ömür-gün yoldaşından ayrı yaşamaqdan üstün tutan Fərizə ilə artırmaq mümkündür.

Kişilərin yarısı olan qadınlar zərifdirlər, amma “zəif” deyillər

Qadınları, adətən, kişilərin “zəif yarısı” adlandırırlar. Doğrudur, bu fikrin nə dərəcədə həqiqətə uyğun olması mübahisəlidir. Amma müasir dövrdə bu deyim artıq öz əhəmiyyətini itirib. Onlar zərifdirlər, amma zəif deyillər. İctimai həyatda fəal mövqe tutan qadınlar bu gün iqtisadi, siyasi, sosial və mədəni sahədə aparıcı rol oynayırlar. Faktlar göstərir ki, əslində, zərif və zəif məxluq adlandırılan qadınlar heç də kişilərdən zəif deyillər. Gül-çiçək ətirli, mehriban, gülərüz qadın və qızlarımız bütün sahələrdə kişilərlə bərabər səviyyədə fəaliyyət göstərməyə qadirdirlər. Təsadüfi deyil ki, Azərbaycan parlamentində xalqın elçisi timsalında çıxış edən qadınlarımızın sayı gündən-günə artır. Bu il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi qeydə alınanların 79 faizini kişilər, 21 faizini isə qadınlar təşkil edib. Seçkilərdə qalib gələn 121 deputatdan 19-u məhz zərif cinsin nümayəndələridir.

Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər verib

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə cəmiyyətdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan 1995-ci ildən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək, bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib.

Milli mənəvi dəyərlərə yüksək qiymət verilir

Azərbaycan qadınları Avropa Şurasında, dünyanın möhtəşəm Olimpiya Oyunlarında respublikamızın şərəfini uca tutur, onun şöhrətini yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli və qədim bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunması ideyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ideyanın davamçısı olan və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun gərgin səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Artıq Azərbaycanda hər il martın 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə əks etdirməklə yeni ilin gəlişindən xəbər verir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən Fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunmasına dəstək rolunu oynayır. Paytaxtımızda müasir tipli gözoxşayan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımının ölkənin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində bu gün qədim tarixə malik muğam və aşıq sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Savadlı qadın savadlı gələcək deməkdir

Hər zaman elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olmaları məsələsinə müsbət münasibət göstərib. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti, nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar. Ən əsası Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb. Cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qadının aciz, hüquqsuz olması, millətin yarısının xəstə olması anlamına gəlir. Bu səbəbdəndir ki, istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolu çox böyük olub.

Ailədə uşaqların tərbiyəsi məsələsində yükün çoxu qadının-ananın üzərinə düşür. Ana dünyagörüşlü, savadlı olanda, təbii olaraq, uşaq da gələcəkdə savadlı olur. Ana öz övladını həyat yolunda düzgün addımlamaq üçün doğru yol göstərir. Maarifpərvər insan, mesenat Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişi təhsil alırsa, bu, yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Müsəlman Şərqində ilk qızlar məktəbinin açılması də məhz bu insanın adı ilə bağlıdır.

Qadınlar ölkənin ictimai və sosial həyatında fəal iştirak edirlər

Azərbaycanda qadına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, zərif cinsin nümayəndələri bu gün kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan qadınının cəmiyyət həyatında rolunun daha da artdığını göstərir.

Statistikaya görə, Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. 2018-ci ilin statistik nəticələrinə əsasən, ölkəmizdə elmi işçilərin 56 faizini, ümumi və orta ixtisas təhsil müəssisələri müəllimlərinin 78 faizini, ali məktəb müəllimlərinin 51,9 faizini, həkimlərin isə 66,4 faizini qadınlar təşkil edir. AMEA-da tədqiqatla məşğul olan qadınların sayı 1033 nəfərdir ki, onların arasında alimlər, fəlsəfə doktorları az deyil. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də zərif cinsin nümayəndəsi olması ölkəmizdə qadın hüquqlarının qorunmasından, onlara dövlət səviyyəsində göstərilən izzət və ehtiramdan xəbər verir.

Azərbaycan qadınının fədakarlığını, nüfuzunu və gücünü məşhur ekran əsərlərindən olan “Dədə Qorqud”, “Nəsimi”, “Görüş”, “Əhməd haradadır?”, “Qaçaq Nəbi” və s. filmlərdə görmək mümkündür.

Daha yaxşı cəmiyyət üçün qadınların еlmi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarından yararlanmağa dəyər. Dahi Hüseyn Cavidin dediyi kimi:

“Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Əziz xanımlar bayramınız mübarək!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH