Qadının evinə daxil olaraq mobil telefonunu quldurluq yolu ilə alan şəxs tutulub
Bakı, 17 mart, AZƏRTAC
Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək martın 15-də evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyənləşdirilərək saxlanıb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]