QADINLAR ÖMRÜNÜN BEŞ İLİNİ TELEFONLA DANIŞIQLARA SƏRF EDİRLƏR
Böyük Britaniyada telekommunikasiya şirkətlərinin birində aparılmış sorğunun nəticələri sübut edir ki, orta statistik qadın ömrünün 4 il 9 ayını telefonla danışır ki, bu da 42 min saata bərabərdir.
Kişilər isə telefon danışıqlarına 3 il 3 ayı, yaxud 28 min saat sərf edirlər.
Maraqlıdır, həm kişilərə, həm də qadınlara edilən telefon zənglərinin sayı, demək olar, eyni – müvafiq surətdə 288 min və 277 mindir. Lakin gözəl cinsin nümayəndələrinin telefon ünsiyyəti xeyli uzunmüddətlidir, başqa sözlə, onlar telefonsuz keçinə bilmirlər.
Sorğuya əsasən, kişi və qadınlara edilən telefon zənglərinin əksəriyyəti işlə əlaqədardır, lakin “ev” zəngləri də çoxsaylıdır. Zənglərin 155 minini işgüzar, 127 minini isə məişət zəngləri təşkil edir. Rəyi soruşulanların 46 faizi bildirmişdir ki, daim zəngləşənlərin heç olmazsa biri onların “telefon” dostu və ya rəfiqəsidir. Onlar həmçinin demişlər ki, telefonda uzunçuluq edən qohumu, işdəki həmkarı, yaxud hər hansı başqa birisi olur və ondan yaxa qurtara bilmirlər.